Azərbaycanlı alim 35 ölkənin qoşulduğu beynəlxalq arxeoloji konqresdə videotəqdimatla çıxış edib - VİDEO
31-05-2021 [15:46]
25-29 may tarixində Portuqaliyanın Evora və Lissabon Universitetlərinin təşkil etdiyi onlayn “Avrasiyada kurqanlar və meqalitlər” (“Tumuli and Megaliths in Eurasia”) adlı beynəlxalq arxeoloji konqresi keçirilib.
Mia.az xəbər verir ki, Avrasiyada meqalit (təbii və ya insanların yaratdığı inanc ənənələrini ehtiva edən daş abidələr) və kurqan tipli qəbir abidələrinin müasir elmi tədqiqat metodlarının mübadiləsi, oxşarlıqların və yerli fərqlərin təyini beynəlxalq arxeoloji konqresin əsas mövzusu idi. Həmçinin, konqresdə kurqan və meqalitlərin qorunması üzrə beynəlxalq əməkdaşlığın istiqamətləri müzakirə edilib. Tədbirin təşkilatçıları dünyanın 35 dövlətini (İngiltərə, İsrail, Çin Xalq Respublikası, ABŞ, Rusiya, Yaponiya, Braziliya və d.) təmsil edən arxeoloqların 46 videotəqdimatını Youtube videopaylaşma sistemindəki konqresin “Tumuli Eurasia” kanalında yerləşdiriblər.
Möhtəşəm beynəlxalq konqresdə Azərbaycanı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov təmsil edib. P.Qasımovun ingilis dilində olan “Orta tunc dövrünün sonundan İskit dövrünədək Avrasiya kurqanlarında qeyd edilmiş iki oxşarlıq barədə” (About two analogies fixed in the kurgans of Eurasia from the end of Middle Bronze to Scythian epoch) videotəqdimatı maraqla qarşılanıb. Təqdimatda Azərbaycanın Tovuz bölgəsindəki tunc dövrünə aid Topdağdağan kurqanlarında qeyd edilmiş iki ənənənin Avrasiyadakı paralelləri barədə faktlar konqres iştirakçılarının diqqətinə çatdırılıb.
Videotəqdimatda göstərilib ki, istifadədən çıxmış obsidian qaşovların, qüsura malik zoomorfik daş fiqurların, sınmış dən daşlarının və d. zədəli əşyaların bilərəkdən kurqanın daş örtüyünə yerləşdirilməsi adəti Topdağdağan kurqanlarında rast gəlinib. Eyni adət həm də Mərkəzi Asiyanın sak kurqanlarında izlənilib. Həmçinin, qəbir kamerasının üzərini dövrələyən dairəvi sədd həm Topdağdağan, həm də Cənubi Volqanın Srubnaya arxeoloji mədəniyyətinin və Cənubi Uralın erkən iskit kurqanlarında inşa edilirdi. Bu oxşarlıqların mənşəyi, bir elmi problem kimi videotəqdimatda alimlər qarşısında qaldırılıb.
Videotəqdimatda Mərkəzi Asiyanın Sak dövrü və Topdağdağan kurqanlarında daş bütlərin (stelalar) yerləşdirilməsi ənənəsinə aid əyani nümunələr göstərilib. Həmçinin, 2021-ci il yanvar ayında Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunda (Ağstafa rayonu) aparılmış xilasetmə qazıntıları zamanı aşkar edilən orta tunc dövrünə aid daş düzümləri də videotəqdimatda sərgilənib.
Videotəqdimatla bu linkdə tanış olmaq mümkündür:
Mayın 28-də onlayn konfransda konqres üzvlərinin videotəqdimatlarındakı elmi yeniliklər, qarşılıqlı əməkdaşlıq və d. mövzular üzrə fikir mübadiləsi aparıldı. Öz çıxışında P.Qasımov toxunulmuş problemlərlə əlaqədar fikirlərini bildirib. O, videotəqdimatında nümayiş etdirdiyi Haça-Qaya piri misalında, müsir dövrdə də etnik və dini mənsubiyyətindən asılı olmayaraq azərbaycanlılar arasında meqalitik ənənələrin yaşadığını konqres iştirakçılarının nəzərinə çatdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi