Ayaz Mütəllibov nəvəsinə toy edib

img

21-01-2014 [11:38]


Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov bir neçə gün əvvəl nəvəsinə toy edib. Bu barədə Modern.az saytına ASDP sədri Araz Əlizadə eks-prezidentin fəaliyyəti ilə bağlı sualımıza cavab verərərkən bildirib. Onun sözlərinə görə, A.Mütəllibovun nəvəsinin toyu bu günlərdə Bakıdakı şadlıq evlərinin birində keçirilib. A.Əlizadə eks-prezidentin hansı nəvəsinin toyu və kiminlə qohum olması barədə ətraflı danışmaq istəməyib.

ASDP sədri həmçinin vurğulayıb ki, eks-prezident özünün memuraları əks olunacaq kitab üzərində işlərini davam etdirir.

Eks-prezidentin 2 övladı var. Onlardan biri Azad Mütəllibov 2011-ci ildə 50 yaşında xəstəlikdən vəfat edib.

Ayaz Mütəllibov 1990-cı ildə Azərbaycana rəhbərlik edib, 1991-ci ilin oktyabrında ölkənin ilk prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın 14-də yenidən vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib və o vaxtdan Moskvada yaşayıb.
2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutankonstitusiya qanunu qüvvəyə minib. Bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib. Mütəllibov 2012-ci il iyulun 7-də həmişəlik Bakıya qayıdıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA