İzmirdə 20 Yanvar şəhidləri yad edilib (FOTOLAR)

img

20-01-2014 [22:47]


Türkiyə Respublikasında İzmirAzərbaycan Mədəniyyət Evi və Yardımlaşma Cəmiyyəti 20 Yanvar şəhidlərini anma toplantısı kecirib. Xeberle.com-a verilən məlumata görə, öncəcəmiyyətin yerləşdiyi binanın qarşısında insanlara şəhidlərimizin ruhuna ehsan paylanılıb.

Sonra tədbir şəhidlərimizinbir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Cəmiyətin katibi Cavid Əliyev 20 Yanvarda baş verənlərdən və o günün Azərbaycan xalqı üçün cox əhəmiyyətli bir gün olmasından danışıb. "20 Yanvar Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı. O gün bizim üçün birlik və həmrəylik günü idi. Və xalqımız çoxlarına gözlənilənin əksini göstərərək, "Bizi heç kim tutduğumuz yoldan döndərə bilməz” - dedi o gecə”.

Tarixçi İsmət Alparslan isə o günlərdəki informasiya blokadasından söhbət açaraq, bütün çətinliklərə baxmayaraq bu blokadanı yararaq Azərbaycandakı qardaşlarımıza qarşı edilən haqsızlığı min bir əziyyətlə Türk oxucusuna çatdırmağı bacardıqlarını xatırladıb.

Təshil Nazirliyinin əməkdaşı Adnan Sansayın da o günlərə ekskursiya edərək xalqımızın çətin günlər yaşadığını, lakin dünya birliyinin hələ də bu hadisələrdən xəbərsiz olduğunu vurğulayıb."Ermənilər olmayan hadisələri dünya ictimaiyyətinə olmuş kimiçatdırır. Və hətta bəzi ölkələrə bu yalanlarını qəbul da etdirib. Biz isə çox yaxın tarixdə dünyanın gözü qarşısında baş verənləri niyə gündəmə gətirməyək? Hesab edirəm ki, bu cür hadisələri yad etməyimiz və yeni yetişən nəslimizə çatdırmaq bizlərin borcudur”.

Türkiyədəyaşayan Azərbaycan Aydın Qadınlar Qrupunun üzvü Könül Qəribzadə isə 132 insanın şəhid olduğu, 700-dən artıq insanın yaralandığı o gecənin insanlarımızın Azadlıq ruhunu qırmağa hesablandığını, lakin hər şeyə rəğmən xalqımızın əzmlə mübarizə apardığını xatırladıb. 1918-ci ildə bir kərə qaldırılan, 1920-ci ildə endirilən üçrəngli bayrağımızın bir daha yüksəklərə qaldırıldığını vurğulayıb.

TYAAQQ-ninüzvü Nigar Börək də o gecə baş verənlərdən danışaraq bu olayın təkcəazərbaycanlılara yox, bütün Sovetlər birliyinəismarışvermək üçün rusKQB-sinin hazırladığını, sadəcə,Azərbaycan xalqını yaxşı tanımadıqlarının məhz o olaydan sonra bəlli olduğunu qeyd edib. "Rus rəhbərlər hesab edirdilər ki, bununla xalqımız susacaq və digər Sovetlər birliyinə daxil olan xalqlar da sakitcə əvvəlki həyatlarını yaşayacaqlar.Ammatam əksinə oldu. Xalqımız bu olaydan sonra bir olub, daha da əzmlə Azadlıq uğrunda mübarizə apardı”.

Tahirə Məsimzadə də o gecənin şahidi olaraq xatirələrini danışaraq Türk insanına məlumat verib. Və bir gecədə yüzlərlə şəhid verməyimizə rəğmən insanlarımızın Bakı küçələrini şəhidlərinxatirəsinəqərənfillərləbəzədiyinixatırladıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA