Ofeliya Sənani: diktor, yoxsa aktrisa? - FOTOLAR
28-05-2021 [18:05]
Azərbaycanın əfsanəvi televiziya aparıcısı, gözəl aktrisa, Azərbaycan Respublikasının Xalq artisti, çox sevdiyim OFELİYA SƏNANİninın anadan olmasından 80 il keçir.
Ömrünü-gününü "sehrli güzgü"də keçirən dəyərli sənətkarımızı səmimi qəlbdən təbrik edir, həmişə gözəl, təravətli olmasını arzulayırıq!
Yubileyiniz mübarək, Öfeliya xanım!
O, 26 may 1941-ci ildə anadan olub. Sənətdə ilk addımlarını hələ orta məktəbdə oxuyarkən Azərbaycan radiosunda atıb. Sonralar Azərbaycan Dövlət Universitetində təhsil alıb.
Ofeliya Sənani tanlnmış diktor Gültəkin Cabbarlının yetirməsidir. Uzun illər teleradio Verilişləri Şirkətinin diktoru olmuşdur. 1959-1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir.
O, uzun illər radioda uşaqlar üçün “Biləyən” proqramında Savalan baba – qocaman aktyor Sadıq Hüseynovla birlikdə səsləndirdiyi Biləyən obrazı ilə tamaşaçı və dinləyicilərin böyük sevgisi qazanmışdlr.
O dövrün kiçik yaşlı uşaqlarından biri kimi onun şirin səsini hələ də unuda bilmirəm...
Ofeliya Sənani 1975-ci ildən televiziyada fəaliyyət göstərmişdir. O müəllifi və aparıcısı olduğu saysız televiziya verilişləri, ürəyəyatan səsi, gözəl siması ilə tamaşaçıların böyük sevgisini qazanmışdır.
Ofeiya Sənani 1960-1990-cı illərdə, eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir.
Ofeliya Sənani "Dağlarda döyüş", “Sahil bağı”, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Gün keçdi”, “Ulduzlar sönmür”, “Var olun, qızlar...” , “Skripkanın sərgüzəşti” , “Tütək səsi”, “Ürək... Ürək..., “Arxadan vurulan zərbə”, “Qayınana” , “Dantenin yubileyi”... kimi bədii filmlərdə, “Mücrü”, "Bakı bulvarl" və s. televiziya filmlərində ifa etdiyi maraqlı obrazlarla yadda qalıb.
Ofeliya Sənani ilk futbol şərhçisi, tanınmış diktor, jurnalist, ssenarist Valid Sənaninin həyat yoldaşı, görkəmli teatr və kino aktyoru, Xalq artisti Möhsün Sənaninin gəlinidir.
Ofeliya Sənani həmişə sözün, sevib-seçdiyi sənətinin məsuliyyətini dərk edən dəyərli sənətkarlarımızdandır.
Doğum gününüz mübarək, Ofeliya xanım!
Ömrünüz uzun, canınız sağ olsun!
Çox yaşayın! Gözəl üzünüzü bizdən əsirgəməyin!
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi