Rusiyalı ekspert: "Paşinyanın bu planı təxribatdır, Rusiya və Türkiyəyə qarşı çağırışdır" - "KTMT bu prosesə heç vaxt maneə olmayacaq"
28-05-2021 [14:14]
Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində ABŞ və Fransadan olan beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı planı Rusiyaya qarşı çağırışdır.
Bu barədə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, hərbi-siyasi analitik Aleksandr Perenciyev bildirib.
O, Paşinyanın bu planının Rusiya ilə yanaşı həm də Türkiyəyə qarşı olduğunu söyləyib:

“Paşinyan bu bəyanatı ilə iki ölkənin sərhədində yaşanan problemi nizamlamır, əksinə, onun plan olaraq verdiyi təklif regionda vəziyyəti qeyri-stabilləşdirməyə yönəlib. Ona görə də, Paşinyanın bu təklifini təxribat hesab edirəm. Aydındır ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridirlər. Lakin burada söhbət danışıqlar meydançası olan ATƏT-in Minsk Qrupundan getmir. Ermənistan Fransa və ABŞ-ın silahlı kontingentinin Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsini istəyir. Bu tamam fərqli məsələdir. Hesab edirəm ki, Paşinyanın bu planı təxribatdır və mövcud vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır”.
“Paşinyanın məqsədi ölkəsində revanşist qüvvələri qaldırıb fransalıların köməyi ilə 44 günlük müharibə zamanı itirdikləri əraziləri faktiki qaytarmağa cəhd etməkdir”
Rusiyalı ekspert Paşinyanın məqsədinin ölkəsində revanşist qüvvələri qaldırmaq, Fransa və ABŞ sülhməramlılarının arxasında gizlənib, elə həmin fransalıların köməyi ilə 44 günlük müharibə zamanı itirdikləri əraziləri faktiki qaytarmağa cəhd etmək olduğunu söyləyib: “Belə bir misal var. Bulanıq suda balıq tutmaq. Paşinyanın işi ona bənzəyir. Paşinyan suyu bulandırır və gözləyir ki, bundan nəsə çıxacaq. Sərhədin müəyyən olunması ilə bağlı şəffaf danışıqlar, dəqiq nizamlanma prosesi Paşinyana lazım deyil”.
“KTMT Azərbaycan-Ermənistan sərhədinin müəyyən olunması məsələsinə heç vaxt maneə olmayacaq”
Perenciyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki gərginliklərə qarışmayacağını da söyləyib: “Ermənistanın hər zaman KTMT-yə Azərbaycan ərazilərinin işğal atında qorunub saxlanılması aləti kimi baxıb. Lakin KTMT və xüsusi ilə də Rusiya bu cür alət olmaqdan imtina ediblər. Paşinyan son sərhədyanı insidentlər zamanı KTMT-nin vasitəsi ilə yenidən “sıyıq bişirmək” istəyirdi. Ermənilər özlərinin yerinə KTMT-nin həmin “sıyığ”ı yeməsini istəyirdilər. Lakin onlar bir şeyi anlamırlar ki, Azərbaycan -Ermənistan sərhədinin müəyyənləşdirməsi məhz bu iki dövlətin arasında olan məsələdir. Burada Ermənistanın müttəfiqi və müttəfiqlərindən söhbət gedə bilməz. Çünki Azərbaycan tərəfindən Ermənistan ərazisinə aqressiya təhlükəsi yoxdur. Ona görə də, KTMT-nin məlum məsələ ilə heç bir bağlılığı ola bilməz. Burada söhbət iki dövlətin sərhədinin müəyyənləşdirilməsindən gedir. Azərbaycan və Ermənistan sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədi imzalamağa razılığa gəlməlidirlər. KTMT ancaq bu məsələdə yardımçı ola bilər. KTMT bu prosesə heç vaxt maneə olmayacaq. Ona görə ki, Azərbaycan Ermənistan ərazisinə heç bir hücum etmir. Aydın məsələdir ki, bu proses konfliktsiz ötüşə bilməz. Bunun üçün də yaxşı olardı ki, Azərbaycan və Ermənistan tərəfindən sərhədin müəyyənləşməsi ilə bağlı birgə komissiya yaradılsın. Həmin komissiya sərhəd xəttini dəqiq müəyyənləşdirsin. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi bu cür komissiyanın yaradılmasını istəmir. Prinsipcə, bu birgə komissiyanı yaradıb, sərhədin delimitasiyasını və demarkasiyasını həyata keçirib, sərhəd haqqında müqaviləni imzalamaq olar. Bununla da hər şeyə nöqtə qoymaq mümkündür”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi