Nazirlikdən hərbi xidmətə çağırış yaşının artırıması ilə bağlı- Açıqlama

img

20-01-2014 [00:46]


Müdafiə Nazirliyindən hərbi xidmətə çağrış üçün yaş həddinin artırılması ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq verilən məlumata görə, hərbi xidmətə çağrış yaş həddinin müəyyənləşdirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Nazirlikdən bildiriblər ki, bununla bağlı hər hansı dəyişikliyin edilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir.

Müdafiə Nazirliyindən gələcəkdə hərbi hissələrin ləğv olunması məsələsinə də aydınlıq gətirilib: "Hazırda bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilir".

Nazirlik məktəblərdə keçirilən hərbi dərslərlə bağlı dəyişiklik edilməsi məsələsinə də münasibət bildirib. Nazirlikdən verilən məlumata görə, məktəblərdə hərbi dərslərin keçirilməsində dəyişkilik edilməsi məsələləri iləTəhsil Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məşğul olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA