Zakir Həsənov Ziya Məmmədovun qohumunu idarə rəisi təyin etdi, Xalid Əlimirzəyevin kürəkənini isə "vurdu"

img

20-01-2014 [00:39]



Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyevi vəzifəsindən azad edərək sərəncama göndərib. 

Mia.az  ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin "facebook” səhifəsində məlumat verilib. Onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyev təyin edilib. A.Əliyev DİN DQ-dən yaşa görə ehtiyata tərxis edilib.

Zakir Həsənovun daha bir əmrilə polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinə rəis təyin edilib. Polkovnik Hikmət Xalıqovdan əvvəl bu vəzifədə general leytenant Yaşar Aydəmirov xidmət edib.
Müdafiə nazirinin digər bir əmri ilə polkovnik Zahid Hüseynov Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı təyin edilib. Polkovnik Z.Hüseynovdan əvvəl bu vəzifədə general mayor Rafiq Hüseynov xidmət edib. Polkovnik Tahir Xalıqovi sə Müdafiə Nazirliyinin aparat rəhbəri təyin edilib.     

Mia.az xəbər verir ki, Xaliq Məmmədov nəqliyyat naziri  Ziya Məmmədovun qohumudur. O, əvvəlllər komissarlıq sitemində işləyib. Rauf Atakişiyevsə bir vaxtların "alovlu" müxalifətçisi Xalid Əlimirzəyevin kürəkənidir. O, 2005 parlament seçkisində Qubadan namizəd olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA