Cəbrayıl və 20 Yanvar həqiqətləri

img

19-01-2014 [13:26]



Oktay və Xanışı həbs edib polisə apardilar. İsmayil İmanzadə bir az əvvəl raykomda həbs olunmusdu.
Rayon polis söbəsi tam ruslarin əlində idi. 

Onlar da tərksilah edilmişdi. Vəziyyət gərgin idi.Hər an həbs olunmaq təhlukəsi var idi. Elə meydandaca fəallar və idarə heyətinə rayon mərkəzini tərk edib gızli fəaliyyetə kecmək tapsıriği verildi. Necə hərəkət edəcəyimiz və əlaqə saxlayacağimiz 2 gün əvvəl qərəra alinmisdi
Meydandakilar, xüsusən gənc( indi onlarin hər birin 35-45 yaslari var. Bəziləri sonralar səhid oldu. Esq olsun sizlərə. Hər biriniz mənim qəlbimdəsiniz) cəbrayillilar rayon mərkəzini tərk etməyimizi tələb edirdilər. Ruslar rayonun giris və cixisinda güclu postlar qürmusdu. Hər bır posta XC-nin 15 idarə heyətinin üzvünun( artir ücü həbs edilmisdi.) və fəal cəbhəcilərin siyahisi verilmisdi. Butün nəqliyyat vasitələri ciddi yoxlanilirdi. Ona görə piyada yaxinlarimizi xəbərdar etmədən rayon mərkəzini tərk etdik. Kimin harda olaçaği əvvəlcədən muəyyənləsdirilmis və cox gizlı saxlanmasi barədə təlimat verimisdi. Bizimlə əlaqə saxlayacaq adamlari cox az adam taniyirdi. Həmin adamlara da tapsirilmisdi ki, bizi bu müddət ərzində bas verən bütun hadisələrlə tanis etsinlər. Mən Cərəkən kəndinə- qaynatam Müstafa Mustafayevgilə getdim. O, Vətən müharibəsi istirakcisi, zabit olmusdu. Dəli-dolu kisi idi.
Gizli fəaliyyətin elə birinci gunu həyəcanli xəbərlər gəlməyə baslamisdi. Demək olar ki, eyni vaxtda, eyni saatda butun kəndlerdə əməliyyət kecirmiş, gizlənməyə macal tapmamis bəzi fəallar həbs olunmusdu. Ailələrimizə təziq edirdilər ki, üzə cixaq. Kameralar dolmusdu. Əsas məni, Eldar Əliyevi və Məhəmmədəli Bəkiroğlunu tələb edirdilər. Məhəmmədəli mudafiə komitəsinə rəhbərlik edirdi. Fevral ayinin 2-si axsama yaxin qaynim Nizami xəbər gətirdi ki, ruslar həm anamğilə, həm də bizə getmis , təslim olmayacagim halda onlari həbs edəcəklərini bildirmisdi. Axsama yaxin xəbər gəldi ki, ruslar üzə cixacağimiz halda fəal cəbhəcilər və mitinq zamani tutulanlarlar azad ediləcək. Həbs edilmis Oktayin vəziyyəti xüsusi ilə pis idi. Gun ərzində bir necə dəfə təcili yardim caxirmisdilar. Cox fikirləsmədim. Bilirdim ki, usaqlarin ikisi( Eldar, Məhəmmədeli) Cəbrayil ərazisini tərk edib. Ona görə də təslim olmaq qərarina gəldim. Anam yasli və xəstə idi. Ovladlarim azyasli idi. Həm də " Azadliq" radiosu vasitəsi respublikada baş verən hadisələrdən xəbərdar idim. Vilnus, Tbılisi və Baki hadisələri bir daha bu sistemin cokməsini subut edirdi
Fevralin 2-də səhər qohumlarla vidalasib təslim olmaq ücun evdən cixmaq istəyirdim ki, xəbər verdilər ki,katib Əli Rzayev vaxtilə Beyləqan rayon PK-nin birinci katibı, sirrili surətdə dunyadan köcən(deyilənə gorə özünu asmisdi, amma indiyə qədər buna hec bir cəbrayilli inanmir) Vahid İsmayilovun həyat yoldasi Tofiqə xanimin yas yerinə gəlib.Önlar həyat yoldasim tərəfdən mənə qohum idi , həm də oğlu Mobillə( indi Cəlilabadin prokrudur) bir müddət bir yerdə oxumusduq. Həm onlara bas sağliği vermək, həm də Rzayevə ürək sözlərimi demək ücun yas yerində getdim.
Yas yerində xeyli adam var idi. Hami məni görüb təəccublendi. Yas sahiblərinə başsağliği verib Rzayevin harda olduğunu sorusdum.Mənə dedilər ki, Rsayev tək gəlməyib KQB Xaqani müəllimlə gəlib. Onlari da ruslar müşayət edir. Sadəcə camaati əsəbləsdirməmək ücun əsgərləri kəndin girəcəyində( Təvərədə) saxlayiblar. Bunlar öz torpağimizda ruslarin köməyi ilə gəzirlər. İndi də bir hadisə baş versə onlar Azərbaycanin maraqlarini və qeyrətli oğullari istənilən yerə satarlar. Necə ki o vaxt bizi satdilar. Əlləri cibimdə yuxari mərtəbəyə qalxib icəri otağa daxil oldum. Otaqda Vahid İsmayilovun qudasi , kecmis KQB iscisi, əslən Zəngilandan olan Bəxtiyar dayi, Xaqani muəllim, 26 -lar kolxozunun sərdi mərhum Köçəri Babayev, Rzayev və tanimadiğim bir adam var idi. Əlim cibimdə olduğundan deyəsən qorxmusdular. Mən ğörən Rzayev özundən asili olmayaraq ayaq üstə idi. Sifətinə ölüm rəngi cökmüsdü. Ağappaq idi. Xaqani müəllimlə,Köcəri dayi( onun bacisi qizi Raya mənim mamamoğlu Sərvanin - cayci Telmanin qardasi həyat yoldasi idi) ikisi də eyni vaxtda dedi;
- Əlini cibindən cixart və silahi da stolun üstunə qöy. Bura yas yeridir. Sonra danisarsiniz,
Bu vaxt Cərəkənli Kamaləddin qaynatam Mustafa kisi ilə icəri girdi. Görunur, mənim yuxari qalxdiğimi onlara xəbər vermisdilər. Allah Mustafa kisiyə də rəhmət etsin( görün yazi baslayandan bu sözü nə qədər islətmisəm. Bu haqda düsünün , əziz qarabağlilar, əziz cəbrayillilar)
( Ardi sabah)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA