18-01-2014 [17:04]
Son illər müstəqil Azərbaycan nəhəng tikinti-quruculuq meydanına çevrilib: yeni yollar çəkilir, köprülər salınır, sənaye müəssisələri, sosial obyektlər, parklar və istirahət mərkəzləri inşa edilir, hər cür zövqə uyğun yaşayış evləri, hündürmərtəbəli binaları tikilir. Bölgələrimiz uğurla inkişaf edir, öz simasını dəyişir, yeni iş yerləri açılır, əhalinin rifahı yüksəlir.
Addım-addım, qarış-qarış, küçə-küçə, kəndbəkənd gözlərimiz önündə dəyişən, yeniəşən, müasirləşən Azərbaycan indi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər. Lakin bu möhtəşəm tərəqqi və inkişaf bizi nə qədər sevindirirsə, ölkəmizin ərazi bütövlüyünün pozulması, gözəl Qarabağın hələ də düşmən tapdağında olması bizi bir o qədər təəssüfləndirir. 20 ildən artıq müddətdə 20 faizi işğal altında inim-inim inildəyən, canımız-ciyərimiz dediyimiz Qarabağ torpağını hansı haqla unutmalıyıq?
El-obası dağıdılan, evləri yağmalanan, övladları əsir alınan, sərvətləri talan edilən bir xalqın, millətin yaddaşı hər zaman oyaq, hər zaman həssas olmalıdır!
Təəssüf ki, bəzi imkanlı məmurlar, zəngin oliqarxlar adama boy verməyən hasarla əhatə olunmuş dəbdəbəli villalarda, qala-qəsrlərdə heç nə olmamış kimi şad-xürrəm ömür sürür, özlərini bu məsələdən kənarda saxlayırlar. İnsan da öz xalqının taleyinə, onu boya-başa çatdıran, havasını udub, suyunu içdiyi torpağın yaralarına bu qədər biganə olarmı?
Doğrudanmı, bu Vətən yalnız yalnız onun uğrunda qan tökənlərin və onun uğrunda ölənlərindir? Doğrudanmı, onun uğrunda yalnız kasıb, imkansız ailələrin övladları döyüşməli, xeyrini-bəhrini isə səngərdən yeddi ağac uzaqda eyş-işrət içərisində yaşayanların övladları görməlidir? Əgər belə deyilsə, nə vaxtadək məmurların, vəzifə sahiblərinin, imkanlı adamların övladları müxtəlif bəhanələr, saxta arayışlarla hərbi çağırışdan yayınacaq və yaxud hərbi xidməti "qu tükündən yumşaq balışda yatmaqla” keçirəcəklər? Nə vaxtadək "atasının gül balaları” yalnız Vətənin səfasını, yerdə qalanlar isə cəfasını çəkəcəklər?
Hədislərdən birində gözəl deyilib: "Məzardakıların peşman olduqları şeylər üçün dünyadakılar bir-birini yeyir.” İndiyədək kim axı yığıdığı sərvəti, var-dövləti özü ilə o dünyaya aparıb? İrili-xırdalı məmurlar arasında elələri var ki, dövlət işindən daha çox, biznes fəaliyyəti ilə məşğul olur və əksər bölgələrdə də onları biznesmen kimi tanıyırlar.
Bakıda eyni adamlara məxsus özəl tibb müəssisələri, klinika və şadlıq saraylarının sayını-hesabını bilən varmı? Hər cür tibbu avadanlıqla təchiz olumuş həmin klinikalarda şəfa tapmaq mümkündürmü? Qiymətlərin bahalığı ucbatından xəstələrin çoxu həmin şəfaxanalara üz tuta bilmir və müalicə üçün xaricə gedirlər. Maraqlı burasıdır ki, həmin klinikaların sahibi olanlar da ən elementar əməliyyatlar üçün başqa ölkələrə gedirlər. Bu, nə deməkdir: öz həkimlərinə inanmamaq, yoxsa həmin klinikaya etimadsızlıq?
Bakının şadlıq evləri bu gün camaatın ən çox narazı qaldığı obyektlərdən bəlkə də birincisidir. Nə qədər tənqid olunsa da, deyilsə də, dəyirman öz işindədir. Toy məclisi zamanı hay-küyündən qulaq tutulan həmin sarayların sahibləri camaatın zəif damarını tutaraq sırf soyğunçuluqla məşquldurlar. Sanki onlar bir-birylə bahalı menyu, bahalı xıdmət yarışına giriblər.
İş o yerə gəlib çatır ki, ömrü boyu böyük sevinclə gözlədiyi və arzuladığı övlad toyu valideyni müflisləşdirir, pis günə qoyur.
Şou-biznesə olan maraq, toy müğənnilərinin əttökən və düşük hərəkətləri, ekranda və efirdə baş alıb gedən mənasız qalmaqallar dərin köklərə və ənənələrə malik mədəniyyətimizi gözdən salır. Vaxtilə on-on beş xanəndə və o qədər də ifacının qazandığı hörmət, bu sənətə gətirdiyi şərəf və ucalıq indi az qala iki adamdan birinin yazan-oxuyan olduğu bir mühitdə ayaqlar altına salınır. "Azəri-star”, "Yeni ulduz”, "Toylar kralı”, Toylar kraliçası”, "Xalq artisti”, "Sevimli səs” müsabiqələri, aşıq, tamada, meyxana və s. tipli SMS yarışmaları nəticəsində konveyer kimi "üzə çıxan” şou-biznes dəllalları zövqləri o dərəcədə pozub ki, artıq yaxşı ilə pis, istedadlı ilə istedadsız arasında sərhədlər itib. Bir-birinin təkrarı və oxşarı olan, ən yaxşı halda, özündən əvvəlkilərdən ciddi şəkildə fərqlənməyən həmin "ifaçıları” yadda saxlamaq belə müşkül işə çevrilib. Bunlar azmış kimi, onların bir çoxu fantastik qiymətlərlə varlı və zəngin adamların məclislərinin bəzəyi olur.
Mövlanənin söylədiyi bir hikmət yada düşür: "Dünyadakı aclıq və səfalətin səbəbi yoxsulları doyurmamağımıza görə deyil, zənginləri doyurmamağımıza görədir”. Var-dövlər hərislərinin səngimək bilməyən ehtitaslarını gördükcə təəssüflənməyə bilmirsən: insan heç doyub-dolanmaz? Bu qədər nəfsin əsiri olmaq nəyə lazımdır? Yenə bir hikmətı xatırlayıram: "Nə qədər sevirsənsə sev, bir gün ayrılacaqsan, nə qədər yaşayırsan yaşa, bir gün köçəçəksən, nə qədər yığırsansa-yığ, bir gün itirəcəksən, nə edirsənsə-et, bir gün cavab verəcəksən.”
Şou-biznes müsabiqələrinin baş alıb getdiyi məmləkətimizdə ərazi bütövlüyümüzü yada salan, gənc nəsli hərbi-vətənpərlik ruhunda tərbiyə edən hansı işlər görülür? Hanı son illər keçirilən muğam müsabiqəsi kimi milli-mənəvi dəyərlərə hörmət ifadə edən verilişlər? Hanı məktəbli və gənclərin Qarabağ döyüşçüləri və veteranları ilə görüşləri? Hanı çox da uzaq olmayan yaxın keçmişdə məktəbyaşlı uşaqlar arasında keçirilən "Üfüqdə parıltı”, "Qartal balası” kimi hərbi-idman oyunları? Çoxsaylı televiziya və radiolarda, mətbuat səhifələrində və saytlarda yeniyetmə və gənc nəsli vətənpərlik ruhunda tərbiyə edən hansı təbliğat aparılır? Bu günkü nəsil arasında Mübariz İbrahimov və Fərid Quliyevin aşıladığı vətənpərvərlik ənənələri ruhunda böyüyən nə qədər uşaq var?
Üstündə ayaq tutub yeridiyimiz, havasını udub, suyunu içdiyimiz Vətən torpağı əsirlik taleynin üçüncü onilliyini yaşayır. Daha neçə il torpağımızın bu acı taleyi ilə barışmalı olacağıq? Deyəsən, şəhərin gözqamaşdıran işıqları, rahat və komfortlu villalarda yaşanan həyat heç bu barədə düşünməyə də imkan vermir. Böyük ədibimiz Mirzə Cəlilin sözləri necə də yerinə düşür: "Ah, unudulmuş Vətən, ah, yazıq Vətən!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi