18-01-2014 [15:49]
18 yanvar 2014-cü il tarixində "Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində "20 Yanvar ” hadisələrinin 24-cü ildönümü ilə əlaqədar olaraq "20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın qonağı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova olmuşdur.
GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarını "20 Yanvar ” və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Daha sonra M.Babaşlı İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və seminarın mahiyyəti ilə bağlı geniş məlumat verərək, Almaz xanımın məruzəsinin hər kəs üçün əhəmiyyətli olacağını bildirdi. Daha sonra M.Babaşlı Almaz xanımın həm də 20 Yanvar hadisəsi zamanı şəhid olan gənc şairimiz Ülvi Bünyadzadənin bibisi olduğunu bir daha seminar iştirakçılarına xatırlatdı.
Almaz Binnətova görüşə dəvət olunduğuna və ona göstərilən diqqətə görə İctimai Birliyin rəhbərliyinə təşəkkür etdi. A.Binnətova "20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri ” mövzusunda belə bir seminarın keçirilməsinin əhəmiyyətindən geniş söhbət açaraq; "20 Yanvar ” faciəsinin qan izləri, qurumayan göz yaşları həmişə ədəbiyyatımızda öz aktuallığını qorumuş və qoruyacaqdır. Çünki bu günahsız, əliyalın insanlara qarşı törədilmiş bir faciədir. Hər kəsə məlumdur ki, bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkdilər. Məsələn; xalq şairi Qabilin "Mərsiyə”si, Məmməd Aslanın "Ağla, qərənfil, ağla” şeiri, Bəxtiyar Vahabzadənin dörd aya yazdığı "Şəhidlər” poeması, Nəriman Həsənzadənin "Şəhidlər xiyabanı” adlı şeiri daha sonra, xalq şairi Zəlimxan Yaqub, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Musa Yaqub, Musa Ələkbərli kimi ədiblərimizin qələmi heç susmadan "20 Yanvar” faciəsindən yazdılar. Yazdılar ki, gələcək nəsillərimiz heç bir vaxt bu faciəni unutmasınlar.”.
Ülvi Bünyadzadənin əsərlərinə ön söz və şərhlər yazaraq nəşr etdirən Almaz xanım Ülvi Bünyadzadə və 20 Yanvar şəhidləri ilə bağlı yazılmış olan kitab və məqalələrlə bağlı ətraflı məlumat verdi.
Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Almaz Binnətova onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini verdi. Görüşün sonunda GEAD İctimai Birliyinin sədri dosent M. Babaşlı səmimi keçən görüş üçün elmlər doktoru Almaz Binnətovaya təşəkkür etmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi