Ərdoğan mafiya lideri Sedat Pekerdan danışdı: "Bu oyunu pozacağıq, Soylunun da, Binəli Yıldırımın da..."
26-05-2021 [14:23]
“Türkiyəni 19 ildə beynəlxalq mütəşəkkil cinayətkar agentlərdən təmizləyərək ölkəni təhlükəsiz vəziyyətə gətirdik”.
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
“Mütəşəkkli cinayətkar dəstələrə qarşı mübarizə apardıq. Onların malik olduqlar imkanları əllərindən alaraq bir-bir çökdürdük. Son 5 ildə belə dəstələrə qarşı 1 700-ə yaxın əməliyyat keçirildi. Narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olanların göz yaşlarına baxmadıq. Bu istiqamətdə 3,5 ildə 550 mindən artıq əməliyyat keçirilib və 85 nəfər tutulub. Əməliyyatlar nəticəsində onlardan dəyəri 63 milyard lirədən çox narkotik maddə müsadirə edilib”, - o, vurğulayıb.
Ərdoğan türk mafiya lideri Sedat Pekerin AKP-li vəzifəli şəxslərə qarşı ciddi itihamlarını nəzərdə tutaraq, deyib ki, ölkədə ara qarışdıranlar var:
"Daxili işlər nazirimiz Süleyman Soylunu hədəf alan hücumların arxasında ölkədəki sakitlikdən narahat olanlar dayanır. Cinayətkar qruplarla mübarizədə daxili işlər nazirimizin yanında olmuşuq, indi də yanındayıq, gələcəkdə də yanında olacağıq”.
O, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın oğlu haqqında yayılan iddialara da münasibət bildirib: “Dostumuz Binəli Yıldırımın oğlu vasitəsilə hədəfə alınması əsil niyyəti göstərən bir başqa sübutdur. Allahın köməkliyi ilə bu oyunu da pozacağıq. Buradan Kemal Kılıçdaroğlu və Meral Akşenə səslənirəm ki, bu məsələdən sizə heç bir xeyir olmayacaq, əbəs yerə zəhmət çəkməyin.
Cinayətkar dəstənin üzvlərini dünyanın hər bir yerində izləyirik. Onları ölkəmizə gətirib qanun qarşısında cavab vermələrini təmin edənədək bu işdən əl çəkməyəcəyik. Lazımi cavablar da aidiyyəti şəxslər tərəfindən verilib. Köhnə Türkiyə xəstəliyi olanlar cəmiyyətimizi cinayətkar qrupların əli ilə yenidən qurmaq cəhdlərinin sürətləndirdiklərini görürük. Bu metodu FETÖ da uzun illər məkrli şəkildə istifadə ediblər”.
Xatırladaq ki, son günlər türk mafiya liderlərindən Sedat Peker video açıqlamalar yayaraq, Türkiyədəki bir çıx vəzifəli şəxlərə ciddi ittihamlar səsləndrib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi