Cenevrə Universitetinin professoru "Qafqaz"da!

img

18-01-2014 [13:52]


AMEA-nın dəvəti ilə Azərbaycana gələn Cenevrə Universitetinin professoru, innovasiyalar üzrə dünyada tanınmış mütəxəssis Güvən Doğan ölkəmizdə texnoparkların inkişaf etdirilməsi ilə bağlı görüşlər keçirir, müxtəlif müşahidələr və müzakirələr aparır.

Mia.az xəbər verir ki, AMEA prezidentinin müşaviri Rəhim Hüseynov Cenevrə Universitetinin professoru Doğan Güvənlə birgə Qafqaz universitetində də olublar. Universitetin rektoru prof. dr. Amet Saniç universitetin fəaliyyəti, nəaliyyətləri və xarici əlaqələri barədə qonaqlara məlumat verib.Universitetdə fəaliyyət göstərən QUTechnopark İdarə Heyətinin üzvləri ilə görüşən qonaqlar texnopark üçün yaradılmış şəraitlə və onun fəaliyyəti ilə də yaxından tanış olublar.

.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA