6-cı sinif tarix dərsliyində 56 səhv tapıldı, komissiya yaradıldı - Nazirlikdən AMEA-nın açıqlamasına reaksiya + SİYAHI
24-05-2021 [17:42]
AMEA Tarix institutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (dərslik və metodik vəsait) dair ictimai rəyin öyrənilməsi çərçivəsində təqdim olunan dərsliklər üzrə (www.trims.edu.az) müvafiq komissiyalar yaradılıb.
İnstitutdan Mia.az-a bildirilib ki, VI sinfin Ümumi tarix dərslyi üzrə (Ağalarov P., Quliyev N., Qasımov E., Hüseynov E. “Ümumi tarix”. VI sinif üçün dərslik) irad və təkliflərin bildirilməsi üçün yaradılmış komissiya (Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent A.Əlimirzəyev və Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent T.Nəcəfli) tərəfindən həmin dərslik üzrə aşağıdakı elmi səhv və qüsurlar müəyyən olunub:
"1.Dərslik layihəsinin “Mündəricat” səhifəsində Qədim Şərq sivilizasiyası bölməsində təqdim olunan illüstrasiyaların demək olar hamısı Misirlə bağlıdır. Qədim Şərq sivilizasiyası yalnız Misirdən ibarət deyildir. Buna gərə də müəyyən dəyişiklik edilməsi vacibdir.
2. Dərsliyin “Tarixdə il hesabı” adlanan 1-ci paraqrafında (səh. 6-da) insan cəmiyyətinin 4 tarixi dövrə ayrıldığı və hər bir tarixi dövrə uyğun inkişaf mərhələsini (ibtidai icma, quldarlıq, feodalizm və kapitalizm) keçdiyi bildirilir. Müəlliflər bu bölgünün hansı əsasa dayandığını şagirdlərə çatdırmağa borcludurlar. Həmçinin, yaxşı olardı ki, onlar bəşəriyyətin digər inkişaf yolları barədə fikir bildirməklə şagirdlərə müqayisə aparmaq imkanı versinlər.
3. Səh.7. I Daranın Bisütun kitabəsindən barelyefin fraqmenti verilir, lakin şəklin altında səhvən “e.ə. III minilliyə aid epiqrafik yazı” ifadəsi yazılıb.
4.Birinci paraqrafda səh. 8-9-da təqdim olunan il hesabı cədvəlini e.ə. I minillikdən yox, e.ə. IV minlikdən başlayıb eramızın I minilliyində qurtarmaq lazımdır. Çünki qədim tarix heç də təqdim olunduğu kimi eramızın II minilliyinə kimi davam etməmişdir.
5.“İbtidai cəmiyyət” adlanan II paraqrafda səh 10, 14-də paleolit, mezolit və neolit anlayışları verilmişdir. Yaxşı olardı ki, həmin anlayışların izahı - yunan sözü olması diqqətə çatdırılsın.
6.“İbtidai cəmiyyət” paraqrafında müəlliflər standartlarda öz əksini tapmış mühüm amili – fənlərarası əlaqəni unutmuşlar. Əgər belə olmasa idi, onlar ən azından sual və tapşırıqlarda Azərbaycanla dünyanın qədim yaşayış yerlərinin müqayisəsini aparmağı şagirdlərə çatdırardılar.
7.Səh.11-12. Homo habelis ilə (bacarıqlı) Homo Sapiens arasında (ağıllı insan) Homo erektus (düz yeriyən insan) mərhələsi yaddan çıxıb.
8.Səh.14. Tayfa təkcə eyni dildə danışan, ümumi adət-ənənəyə malik olan bir neçə qəbilənin birləşməsi deyil, o həm də vahid arxeoloji mədəniyyəti ehtiva edir.
9.“Şumerlər” yox, “Şumerlilər” yazmaq lazımdı.
10.Səh. 17-də təqdim olunan “Dövlətin sxemi”ndə nədənsə dövləti qorumalı olan əsgərlər unudulub.
11. “Ehramlar ölkəsi” adlı 3-cü paraqrafda səh. 20-də mətndə papirusdan danışılmadığı halda papirusun izahı verilib. İzahedici mətndə papirusun qalın gövdəli, hündür olduğu qeyd olunur, lakin təqdim olunan təsvirdə bu öz təsdiqini tapmır.
12.Həmin paraqrafda səh. 21-də təqdim olunan Tutanxamonun maskasının mətnlə heç bir bağlılığı yoxdur. Səhifənin sonunda təqdim olunan illüstrasiyanın isə adı yoxdur.
13.Səh. 22-də mətndə Aşağı Misir, Yuxarı Misir və Vahid Misir hökmdarları və onların tacları barədə heç bir məlumat verilmədiyi halda, onların taclarının təsviri təqdim olunmuşdur.
14.Səh. 23-də verilmiş illüstrasiyanın adı yoxdur.
15.Səh. 23-də Ehramların tikintisini əks etdirən illüstrasiya qoyulsa da, mətndə ümumiyyətlə ehramlar barədə heç bir məlumat verilmir.
16.“Ehramlar ölkəsi” paraqrafında müəlliflər standartlara düzgün riayət etməyiblər. Belə ki, səh. 21-də bir sual və iki tapşırıq verilsə də, digər səhifələrdə nə sual, nə də tapşırıqlar verilməmişdir.
17. Səh. 24-də Sülalənin izahı aydın deyil. Tərcümə olunduğu aydın hiss olunur.
18. “Misir mədəniyyəti” adlanan 4-cü paraqrafda səh. 26-da Misirdə din haqqında bəhs olunur. Mətndə Ra Tanrısının adı çəkilməsə də, onun təsvirini əks etdirən illüstrasiya təqdim olunması nə dərəcədə doğrudur?
19.“Şumerdən başlayan tarix” adlı 4-cü paraqrafda səh. 30-31-də təsvir olunan xəritədə Assuriya yazılsa da, paytaxt kimi Aşşur qeyd olunub. Əslində hər ikisi Aşşur kimi yazılmalıdır.
20.Səh. 30-da son abzasda uyğunsuzluq var, fikir aydın deyil.
21.“Şumer mədəniyyəti” adlanan 5-ci paraqrafda səh. 36-da gil lövhə üzərində şəkli yazı nümunəsi kimi təqdim olunan illüstrasiya səh. 31-də də olduğu kimi verilib və ad göstərilməyib.
22.Səh.36. Şumer yazısında “ulduz” işarəsi “tanrı” ilə yanaşı “səma” anlamını daşıyırdı. “Cənnət” yox.
23.Səh. 38-də “Lehimləmə” anlayışının verilmiş izahı tamamilə yanlışdır. Görəsən müəlliflər iki metal əşyanı qızdırmaqla necə birləşdirə bilərlər.
24.“İki çayarasının digər dövlətləri” adlanan 5-ci paraqrafda səh. 40-41-də verilmiş xəritə olduğu kimi səh. 30-31-də verilmiş xəritənin təkrarıdır.
25.Səh.40. Babil şəhəri şumercə “Kadingir” yox, “Kadingirra” adlanırdı.
26.Müəlliflər heç bir Şumer şəhər-dövlətlərinin adlarını (məsələn Kiş, Uruk, Ur, Umma, Laqaş, Larsa, İsin və s.) çəkmirlər.
27.Həmin paraqrafda səh. 43-də təqdim olunan illüstrasiyanın adı yoxdur.
28.Səh. 44-də mətndə və xəritənin adında Aşşur dövləti yazılsa da, xəritə üzərində dövlətin adı Assuriya kimi təqdim olunub.
29.Səh. 45-də Nineva şəhəri ilə bağlı verilən tapşırıq düz deyil. Nineva şəhərinin təsviri verildiyi halda, şagirdlərdən yenidən onu təsvir etmək tələb olunur.
30.Müəlliflər bu paraqrafda da standartlara əməl edərək fənlərarası əlaqə ilə bağlı sual və tapşırıqlar verməyə borclu idilər. Lakin buna əməl edilməyib.
31.Səh. 46-47-də Ninevada hökmdar sarayının təsviri verildiyi halda, səh. 48-də yenidən hökmdar sarayının verilməsinə nə ehtiyac vardır.
32.“Midiya. Əhəməni” adlanan paraqrafın adında dövləti ifadəsi yazılmalıdır. Midiya “Mada” kimi qeyd olunsa daha yaxşı olar.
33.Səh.47. Yəhudi peyğəmbərinin ismi “Nahum” yox, “Naum” olub.
34.Səh.49.“Aşşurbanipal” yox, “Aşşurbanapal” yazılmalıdır.
35.Həmin paraqrafda səh. 50-də mətndə Aşşur yenə Assuriya kimi təqdim olunub.
36.Səh.50. E.ə. 672-ci ildə skiflərin və mannalıların hərbi dəstəyi ilə Madada baş verən ümumxalq hərəkatı Aşşur işğalına son qoymadı. Mada tayfa ittifaqının vahid dövlətdə birləşməsi Aşşurbanapalın ölümündən sonra (e.ə. 635) baş verib.
37.Səh.50. Manna və Urartu Mada dövlətinin tərkibinə e.ə. 615-610-cu illərdə qatılmışlar.
38.Səh.57. Əhəməni dövləti 20 yox, 24 satraplığa bölünmüşdür.
39.Səh.57. “İran mixi yazı nümunəsi” adı altında e.ə. VIII əsr Aşşur yazısının təsviri verilib.
40.“Arsak” termini “Ərsak” sözbirləşməsi ilə yanaşı, qədim İran dillərində məcazi mənada “igid”, “qəhraman” mənasında da işlənirdi; mənşəyi arşe “ayı” sözündəndir.
41.Səh. 51-də təqdim olunan xəritənin adı “Midiyanın xəritəsi” yox, Midiya dövləti olmalıdır.
42.“Ərsaklar ölkəsi” kimi təqdim olunan 6-cı paraqrafda səh. 61-də Karra döyüşündə parfiyalıların “Turan taktikası”ndan istifadə etdiyi qeyd olunsa da, bu taktika nəyi nəzərdə tutduğu aydın deyil. Buna görə də mütləq onun izahı verilməli və müvafiq tapşırıq dəyişilməlidir.
43.Səh. 62-də 3-cü abzasda “Roma dövləti ilə mübarizələr” yox, mübarizə yazılmalıdır.
44.Səh. 62-də II Mitridadın “şahlar şahı, şahənşah” titulunu qəbul etmiş ilk hökmdar olması yanlışdır.
45.Səh. 65-də peyk çəkilişi kimi təqdim olunan xəritə üzərindəki mətndə dağlarından ifadəsi “dağlarındandan” kimi verilib, düzəldilməlidir.
46.Səh. 67-də yuxarıda verilmiş iki illüstrasiyanın adı yoxdur.
47.“Tanrının döyüşçüləri” adlanan 8-ci paraqraf həcm etibarı ilə çox böyükdür (14 səhifə). Bu mövzunu şagirdlərin 1 saata mənimsəməsi mümkünsüzdür.
48.Səh. 68-69-da təqdim olunan xəritə “Qədim türklərin xəritəsi” yox, “Qədim türklərin yaşadığı ərazilər” adlanmalıdır.
49.Səh. 72-də verilmiş illüstrasiyanın adı yoxdur.
50.Səh. 75-də “Böyük Hun dövlətinin xəritəsi” verilib. Mətndə dövlətin paytaxtı Ötükən şəhəri kimi qeyd olunsa da, xəritə üzərində nəinki paytaxt, ümumiyyətlə heç bir şəhər qeyd olunmamışdır.
51.Səh. 114-115-də İsgəndərin yürüşlərindən bəhs olunan xəritədə şəhərlərin işarəsi qoyulsa da, adları yazılmamışdır.
52.Səh. 118-də Romada plebeylərin yaşadığı 5 mərtəbəli binanın təsviri verilib. Doğrudanmı plebeylər beşmərtəbəli binada yaşayıblar.
53.Səh. 119-da patrisilərin yaşadığı birmərtəbəli evlərin təsviri verilib. Bu nə dərəcədə doğrudur.
54.Səh. 122-123-də verilmiş illüstrasiyanın adı yoxdur.
55.Səh. 130-131-də təsvir olunan “Qədim Roma xəritəsi”ndə Albaniya və Atropatena asılı ərazilər kimi təqdim olunub. Bu nə dərəcədə doğrudur.
56.Qeyd etmək lazımdır ki, dərslik layihəsində təqdim olunan xəritələrin demək olar ki, hamısında göstəricilər yoxdur. Onların qoyulmasına ehtiyac vardır.
Təqdim olunan qüsur və səhvlər qeyd edilən dərsliyin vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Beləliklə, ən qısa zamanda yeni tipli tarix dərslikləri hazırlanmasına keçmək lazımdır. Bunun əvəzinə dərsliklər yazdırıb, sonra onlarda qüsur və ya səhvlərin müəyyən edilməsi praktikası sadəcə vaxt itkisidir və heç bir keyfiyyət dəyişikliyi yarada bilməz".
****
Təhsil Nazirliyi AMEA Tarix İnstitutunun 2021/2022-ci tədris ilində VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapması məsələsinə münasibət bildirib.
Nazirlikdən bildirib ki, sözügedən dərslik hazırda istifadədə deyil, yeni hazırlanır.
Qeyd olunub ki, dərslik layihəsi ekspertlərin və ictimaiyyətin müzakirəsinə çıxarılmış və trims.edu.az portalında yerləşdirilib: "Rəy bildirilməsi üçün layihə o cümlədən aidiyyəti üzrə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutuna da göndərilib. Tarix İnstitutunun mütəxəssislərinin hazırladığı rəy 24 may tarixində Təhsil Nazirliyə daxil olub və nəzərə alınması üçün dərslik üzərində işləyən nəşriyyata göndərilib. Bir daha vurğulayırıq ki, sözügedən dərslik layihəsi hələ ki hazırlıq prosesindədir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi