Eldar Nazmazovun iki adamı Milli Şuranı tərk etdi

img

16-01-2014 [21:55]


Milli Şuranın daha iki qurucu üzvü bu birliyi tərk edib. Musavat.com eksklüziv olaraq bildirir ki, EL Hərəkatının İdarə Heyətinin iki üzvü -Köçəri Nağıbəyli(həm də EL sədrinin müavinidir) vəRahim Bağırov(EL-in təşkilat şöbəsinin müdiridir ) bu qurumdan istefa verdiklərini bildiriblər. K. Nağıbəyli musavat.com-un müxbirinə deyib ki, bunun səbəbləri var: "Mən bugünkü sessiyanın gedişindən razı qalmadım və oranı yarımçıq tərk etdim. Düşündüm ki, bundan sonra zamanımı EL hərəkatının təşkilatlanmasına həsr etsəm, daha faydalı iş görmüş olaram. Rahim bəy də EL hərəkatının təşkilat şöbəsinin müdiridir. O da hesab edir ki, EL-in problemləri və təşkilatlanması işinə daha çox diqqət ayırmalıdır”.

Beləliklə, özünü toparlama və Müsavat Partiyasına qarşı bir növ revanş göstərmə sessiyası olan 16 yanvar toplantısı da Milli Şuranı istefalardan qoruya bilmədi. Hətta Rüstəm İbrahimbəyovun Milli Şuranın yenidən başında qalması da bu qurumdan qopmaların qarşısını ala bilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA