Emosiyaya qapilmaq olmazdi. Mitinq istirakcilari tələb edirdi partiya komitəsi buraxilsin və partiya biletləri Bakiya göndərilsin. Axirda qərara alindi ki, ilk partiya təskilatlari bu məsəleni muzakirə etsin, özləri qərar versin. Partiya biletləri XC-nin qərargahinda saxlanilsin. RPK-nin buraxilmasi rayonu iflic edə bilərdi. İdarə və muəssisələrin isini poza və rayonun mudafiəsinə mənfi təsir göstərə bilərdi. Buna görə də ağsaqqallarin dəyərli məsləhəti ilə rayon partiya komitəsinin fəalliyyət göstərməsi qərara alindi.
Demək olardi ki, hər gun Bakidan, Lənkərandan, Cəlilabaddan, Naxcivandan həyacanli xəbərlər gəlirdi. XC-nin üzvulerinin kütləvi həbsləri baslanmis, AXC gizli fəaliyyətə kecmisdi. Televiziyanin isi bərpa edilmisdi. Baki və Moskva həqiqəti gızlədir, azadliq uğrunda mübarizə aparanlar ekstremist, narkoman adlandirirdi. Silahlar göstərilir. Bunlarin cəbhəcilərə aid olduğu və muqavimət göstərildiyi qeyd edilirdi. Yanvarın 22-də Azərbayçan xalqi oz qəhrəman səhidlərini Dağüstü parkda təntənəli surətdə dəfn etdi. Dünya belə bir izdiham, belə möhtəsəm birlik görməmisdi. Allah cəmi səhidlərimizə rəhmət etsin.
Yanvar ayinin 25 KQB-nin yerli sobəsinin sədri Xaqani muəllimlə sohbətimiz oldu(millətinə sədaqətlə xidmət edən belə oğullara esq olsun. Onu həmisə hormətlə xatirlayiram). Respublikada və rayonda,sərhəd kəndlərimizdəki vəziyyəti müzakirə etdik. Onu qeyd edim ki, həmin günlərdə rayönun müdafiəsi bir an belə unudulmamisdi. Buna gorə bu gündə bütün cəbrayillılar qarsinda bas əyirəm. Ayrilarkən Xaqani müəllim dedi;
-Səninlə idarədə deyil ,bu collukdə görusməyimin səbəbini yəqin bilirsən( görüs rayonun yüxarisindaki parkda idi). Mən paqon dasisam da ,bu millətin oğluyam. Necə illərdir ki, sizin fəaliyyətinizi izləyirəm. Haminiza minnətdaram. Rayonun mudafiəsində rolunuz əvəzsidir. Bakiya gələn KQB müstəntiqləri məndən sizin haqda məlumat istəyir,ancaq bir allah sahiddir ki, sizin haqda ancaq müsbət fikir söyləmisəm. Bilirəm ki,az da olsa, əlinizdə silah var, bunlar da rayonun müdafiəsi ücundur. Amma məsləhət görərdım ki, qərərgahda sılah saxlamayin. Hər sey ola bilər. Ehtıyatli olun
Ona inanmamağa haqqim yox idi. Paqon dasisa da gözəl ziyali idi. Bizə cöx köməyi olmusdu.Sonralar cəbhəcilərə rəğbətinə görə isden azad edildi, Azərbaycan mustəqillik qazanandan sonra isinə bərpa edildi. İndi təqauddədir. Bir dəfə ğörusə bildik. Ötən günləri, Cəbrayili xatirladiq. Cox heyf ki orqanlarda belə oğullar azdir.
Yanvar ayinin 27-də rayon ağsaqqallari Hüsü dayi, Zəkəriyyə dayi, Osman müəllım( allah hamisina ,elhmizın, obamizin butün ağsaqqallarina ,Yahya Cələbi basda olmaqla hamisina rəhmət etsin. Hamisi da qacqinciliqdan sonra rəhmətə getdi. QARABAGDA qan bağlayan bir ağsaqqalimiz qalmadi. Bizi arxasiz, köməksiz qoydular. El-oba həsrətinə dözmədilər.1993 dən sonra bilirsiniz nə qədər qarabağli dünyasini dəyisib? Bu haqda düsündünüzmü?) Ağsaqqallar qayğili idi. Sözlu adama oxsayirdilar. Sükutu Osman müəllim pözdu:
- Bılirsiniz ki, MK-nin plenumu olacaq. Yeni rəhbər seciciləcək. Bızim katib də istirak etməlidir. Bizi də o göndərib. Plenum üzvudur. Biletin və mandatin verin getsin Özü də daha burda isləmək istəmir. Qayitmayacaq. Siz bizim şözumuzu yerə salmazsiniz. Biz də sizdən raziyiq.
İH-nin üzvü Eldar Əliyev dedi:
- Biz həmisə sizə hörmətlə yanasmisiq. Əgər onun biletini qaytarsaq, camaat bizi das-qalaq edər. Özünüz bilirsiniz ki, prokror Samil Bağirova və Rzayevə necə münasibət necədir. Onlar bir-birinə aciğini camaatdan cixdilar. Nə qədər adamdan pul aldilar,tutdurmaq istədilər.Bir sərtimiz var, rayona qayitmayacaq. Biz də camaata belə də deyəcəyik
Ağsaqqallarla görusdən sonra Rzayevin biletini qaytarmaq ücun evinə getmək lazim idi. Məsləhət oldu ki, mən gedim və sərtlərimizi deyim. Amma elə etmək lazim idi ki, məni hec kəs görməsin ,cunki camaatin bizə inami böyuk idi.
Köhnə 8-illik məktəbin(rayon mərkəzinde yaşayanlar yaxsi taniyir) həyətindəki qoz ağacina cixib həyətə düsdüm. Soferi İsrafil camadanlari masina yiğirdi. Məni görüb dedi ki, indi asaği düsəcək, xahiş edirem ki,artiq hec nə demə.Rzayev gəldi və qərarimizi ona bildirdim. Birdən dedi:
- Mənə qarsi düz hərəkət etmədiniz. Mən burda Kamal Ağayev kimi katib olmadim. Namusla islədim. Gedirem, qayitmaq fikrim də yoxdur. Pesiman olacaqsiniz.
Mən onun nə demək istediyini gözəl anlayirdim, yəqin Ağayevi də tanitmağa ehtiyac yoxdur. Dedim;
- Yol üstündəsiniz. Ağzınizin da danisığini bilin. Bütün Azərbaycan cəbrayillilara bələddir. Bu bizim son görüsumüzdur.
Qərərgaha qayitdim. Usaqlara məlumat verdim. Bakidan AXC dən gizli fəalliyyətə kecmək haqda təlimat gəlmisdi. Məsləhət oldu ki, 2 gündən sonra İH tam tərkibdə (15 nəfər) bunu müzakirə etsin.
Ayin 29-da RİK-nin sədri rəhmətlik A.Fərzəliyev xəbər verdi ki, Rzayev qayidib kabinetindədir. Eldar, Oktay və mən yanina getdik. Qəbul etmək istəmirdi( həmisə qabağimiza qacardi) Zorla icəri girdik. Niyə qayitdiğini sorusduq.
****
Əli Rzayevin kabinetinə daxil olduq. Əvvəllər qabağimiza qacardi. İndi isə sanki bizi tanimirdi. Basıni qaldirmadan dedi:
- Mən dedim ki, sızi qəbul etmək istemirəm. İcasız daxil olmaqla nə demək istəyirsiniz.Nə istəyirsiniz?
Mən dedim;
- Biz ağsaqqallarin xahisini nəzərə aldiq. Kisi kimi onlara və İsrafilin yaninda mənə söz verdinizki, qayitmayacaqsiniz. Camaatin sizə də munasibətinizi də bilirsiniz. Qarsidurma yaratmaqda məqsədiniz nədir?
- Məni bu vəzifeyə siz təyin etmisiniz ki, mən də usar-musağin sözu ilə oturum durum.Sozunüz yoxdursa, gedə bilərsiniz.
Birdən Eldar dedi:
- Səkinin birinci katibi Hadi Rəcəbovu ( indi millət vəkilidir) səkililərin necə yola saldiğini yərin esitmisiniz. Biz şızi daha hörmətlə yola salacağiq.
Onunla söhbət etməyin mənasi yox idi. Qərərgahda İH -nin iclasi olduğundan ora qayitdiq.
İclasda AXC-nin gizli fəaliyyəti haqda təlimati və rayondaki vəziyyət və Rzayevlə gorusun nəticəsi müzakirə edildi. Rzayevin bizimlə danısiği bizdə şübhə yaratmisdi. Qərara aldir ki, təlimata uyğun olaraq təhlukə yarandiği halda, İH və fəal cəbhəcilər derhal gizli fəaliyyətə keçsinlər. Əlarələri necə quracağimizi muəyyənləsdirdik. Butun məxfi sənədlər gizlədildi.
Yanvar ayinin 31-də xəbər tutduq ki, RPK-nın büro iclasi olacaq. Bakidan MK-dən numayəndə də gəlib. Buro saat 14-ə təyin olunub. Bizim ücün cox maraqli idi. Həm də İH-nin üzvulərindən bir necə nəfər üzun muddət ərizə ilə müraciet etsələr də ,onlari hələ də partiya siralarinda saxlayirdilar. Həm də sonralar biz mitinqdə partiya biletlərindən imtina edənlərə bildirmisdik ki, əgər biletlərdən imtina edirlərsə ilk təşkilatlarina muraciet etsinlər. Buna görə komunistlərin mövqeyi bizim üçün maraqli idi.
31 yanvar 1990-ci il saat 14-dur. Büro baslayib. Biz qapinin ağzinda dayanmisiq. 15 dəq kecməmisdi ki bir BTR və üstündə də 20 yaxin tepədən dirnağadək silahlanmis xüsusi təyinatli əsgərlər binani və ətraf ərazini tam mühasirəyə aldi. Polkovnik rütbəli bir zabit buroya daxil olub, iclasi dayandirdilar. Rzayevlə söhbət etdikdən sonra əllərindəki siyaihidan İsmayil İmanzadənin kim olduğunu sorusdular.İsmayil bizim İH-nın üzvü idi .Əsl ziyali və şair idi. Daha sonra onu , rəis Rəsid müəllimi və muavini Vaqif Hüseynovu qabaqlarina qatib binadan cixdilar.