"Sən gəbərənə qədər kirayədə yaşayacaqsan" - Tacir Şahmalıoğlundan müəlliminə sərt sözlər
20-05-2021 [17:47]
"O adamın içi mundardır. Bu yaşda yalan danışan ağsaqqallara zərrə qədər hörmətim yoxdur, ola da bilməz. İrəli sürdüyü fikirləri heç bir məntiqə sığmır".
Mia.az xıbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu “Qarabağ bülbülləri” ansamblında müəllimi olmuş Murad Rzayev haqqında deyib.
T.Şahmalıoğlu bildirib ki, “Bayatı-Şiraz” muğamının improvizə müəllifi özüdür, bu vaxta qədər 150-dən çox mahnı yazıb, Murad Rzayevin isə heç bir əsəri yoxdur: “Bayatı-Şiraz”ı 12 yaşımda oxumuşam, 8 yaşımda Bethovenin, Motsartın, Çaykovskinin əsərlərini ifa edirdim. İlk dəfə 5 yaşımda Goranboy şəhərində “Qarabağ şikəstəsi”ni oxuyanda bütün zal ayağa qalxanda Murad Rzayev müəllimim deyildi. Onda qardaşım və Yolçu müəllim mənə istiqamət verirdi.
İkincisi, “12 yaşında uşaq dədəsini və nənəsini tanımır” sözləri ona yaraşan söz deyil. Dədəmi də, nənəmi də, 7 arxa dönənimi də tanıyıram, bütün keçmişimi yaxşı bilirəm. Ola bilər ki, Murad Rzayev dədəsini və nənəsini tanımır. Çünki onun keçmişi olmayıb, ağzına gələni danışır, əsl sənətkar dürüst və təmiz olar.
Deyib ki, Ulu öndər Heydər Əliyev bu improvizəni eşitmədi. Yalan danışır, Heydər Əliyev 1977-ci ildə o improvizəni dəfələrlə eşidib. Hətta Ulu öndər ifa etdiyim improvizəni eşidəndən sonra bütün iştirakçılarla görüşmək istədiyini bildirmişdi. Konsertdən sonra gəldi, üzümdən öpdü və dedi ki, bu yaşda belə oxuya bilirsənsə, deməli çox böyük gələcəyin olacaq. Allah Ümummilli lideri qəni-qəni rəhmət eləsin!
“Bayatı-Şiraz”ın ifaçısı və müəllifi Tacir Şahmalıoğludur, istənilən yerdə sübut edə bilərəm. “Yolun düşsə, bu dünyaya bir də gəl” mahnısı yutubda 20 milyon baxış sayı toplayıb. Hər oxuduğum mahnı hit olur. 150-dən çox mahnım var, hamısını özüm bəstələmişəm. Çoxunun sözlərini də özüm yazıram. Bəs sən hansı mahnını və şeiri yazmısan? Bunlar sənlik deyil, get keçmişini yadına sal, gör kimsən... Bu yalana görə mən səni yalnız Allaha tapşırıram. Allah səni ölməyə də qoymayacaq, rahat ölümü də qismət etməyəcək, vaxt gələcək halallıq almaq üçün məni axtaracaqsan.
M.Rzayev deyib ki, niyə tələbələrimin bağı və evi var, mən isə kirayədə yaşayıram. Sən gəbərənə qədər kirayədə yaşayacaqsan. Çünki danışdığın bu yalana görə Allah sənə nə ev qismət edə bilər, nə də yaxşı övlad. Övladların da səni saymır, bunu yaxşı bilirəm”.
Xatırladaq ki, Murad Rzayev “Bayatı-Şiraz”ın müəllifinin Tacir Şahmalıoğlu deyil, özü olduğunu açıqlayıb. Onun Tacir bəy haqqında “O yaşda insan dədəsini, nənəsini tanımır, “Bayatı-Şiraz”ı necə yarada bilərsən? Oxumusan, çox sağ ol! Sənin kimi oxuyan olmaz, bunu mən sənə deyirəm! Bunu belə açıqlama səbəbi də var! O zaman insult keçirdim, xəstəxanada yatdım. Elə bilirdilər ki, öləcəyəm. Bu da düşündü ki, Murad müəllim daha həyatda olmayacaq, gedir... Ona görə televiziyaya elə müsahibə verdi” fikirləri qalmaqala səbəb olub.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi