Səməd Seyidov Latviya səfiri və Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri ilə görüşüb
19-05-2021 [15:59]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs və Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov ilə görüşüb.
Milli Məclisdən verilən məlumata görə, iki ölkə arasındakı tarixi bağlara toxunan komitə sədri Baltikyanı ölkələrin parlamentarları ilə daha sıx əlaqələrin qurulması, qarşılıqlı rəsmi səfərlərin təşkili, informasiya mübadiləsinin intensivləşdirilməsi, ikitərəfli dialoqun canlandırılması vacibliyini diplomatların nəzərinə çatdırıb. Latviyalı və estoniyalı həmkarları ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Parlamentində əməkdaşlıq əlaqələrimizdən söz açıb.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, bölgədə yeni reallıqların yarandığını qeyd edən Səməd Seyidov bəzi Avropa dövlətlərinin mövcud reallığı görməzdən gəldiyini, sərhədlərin demarkasiyası məsələsində Ermənistanın təxribatçı bəyanatlarına uyaraq obyektivlikdən uzaq mövqe sərgilədiyini vurğulayıb.
Görüşdə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini bildirib. Pandemiya şəraitinə baxmayaraq, Latviya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən ticarət dövriyyəsinin davam etdiyini vurğulayıb. Qarşıdakı aylarda Latviya deputatlarının Azərbaycana planlaşdırılan səfəri və digər məsələlər barədə məlumat verib.
Söhbət əsnasında Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında törətmiş olduğu dağıntıları öz gözü ilə gördüyünü təsdiqləyən səfir Dainis Qarancs bildirib ki, Azərbaycanın bölgədə sülhü və sabitliyi qorumaq əzmindən çox məmnundurlar.
Görüşdə iştirak edən Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair fikirlərini bölüşüblər. Avropada Azərbaycan həqiqətlərinin yayılması, bölgədəki vəziyyətlə bağlı obyektiv durumu əks etdirən məlumatların lazımi instansiyalara çatdırılmasının vacibliyi bildirilib. Qonaqların nəzərinə çatdırılıb ki, ölkəmiz dünyada və bölgədə sülh istəyir. Azərbaycanla normal əlaqələrin qurulması Ermənistanın özünün də xeyrinə olacaq.
Sonra çıxış edən Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov bu görüşü çox maraqlı və faydalı görüş kimi dəyərləndirib. Parlamentlərimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcəyinə dair fikirlərini bölüşüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi