DTX-dən ABŞ-ın "Azərbaycana getməyin, çünki..." xəbərdarlığına reaksiya: "Hər hansı terror təhlükəsi riski mövcud deyil" (YENİLƏNİB)
19-05-2021 [17:57]
Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilmiş, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.
Bildirilib ki, qeyfd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılib: "Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib.
Bu barədə xəbərdarlıq ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.
ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini ən yüksək səviyyəyə - 4-cü səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarına səyahət etməməyi tövsiyə edib. ABŞ Dövlət Departamenti tərəfindən verilən xəbərdarlıqda səbəb kimi koronavirus və sərhəddəki gərginlik, terror təhlükəsi göstərilib.
Qeyd olunur ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir.
Xəbərdarlıqda ABŞ vətəndaşlarına bu səbəbdən Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur. Son əməliyyatlara görə Qarabağ regionuna və ətraf ərazilərə də səyahət etməməyə çağırış edilir.
Bildirilir ki, giriş məhdudlaşdırıldığı üçün ABŞ hökuməti Qarabağ və ətraf ərazilərdə ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir.
“Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin beynəlxalq sərhədləri xəbərdarlıqsız keçə biləcəyinə diqqət edin. Yollar yoxlama məntəqələrinin nəzarətində ola və ya xəbərdarlıq edilmədən səyahət edənlər üçün bağlana bilər”, - deyə xəbərdarlıq bildirilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistana səyahətlə bağlı da oxşar xəbərdarlıq edib/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi