ADA Universiteti "Bir Müəllimin Manifesti” adlı tədbir keçirib - FOTO
19-05-2021 [14:03]
ADA Universiteti ana dilimizdə təhsilin ilk sütunu sayılan Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirib və “Bir Müəllimin Manifesti” təşəbbüsünü təqdim edib.
Universitetdən Mia.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın müxtəlif regionlarından gələn müəllimlər, məktəb direktorları və tanınmış ziyalılar iştirak ediblər. ADA hər zaman müxtəlif bölgələrdə fəaliyyət göstərən yenilikçi müəllimləri “kəşf” edib, onları milli dəyərə çevirib. Bu ənənəni davam etdirəcək “Bir Müəllimin Manifesti” də öz “kəşf”inə elə regiondan, daha dəqiq desək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi olan Qazax Müəllimlər Seminariyasının yerləşdiyi Qazax şəhərindən başlayıb.
Tədbirin əvvəlində ADA Universitetinin Vətən müharibəsində könüllü iştirak edən məzunu Kamran Abbasov və Universitetin Kitabxanasının əməkdaşı Nurlan Nağıyev Azərbaycan Respublikasının və ADA-nın bayrağını səhnəyə gətiriblər. Milli himnimiz səsləndirildikdən sonra Vətən uğrunda həlak olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vaxtilə müəllimlərimizi yetişdirməyi özünə missiya seçən maarifçilərin izi ilə Qazaxa gələn qonaqları salamlayıb.
Tədbirdə çıxış edən ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd qəlbi Vətənə xidmət eşqi ilə döyünənlərin cəhalət qaranlığını elm işığı ilə necə aydınlatdığını xatırladıb. O, Qori Seminariyasının Azərbaycan şöbəsi və Qazax Müəllimlər Seminariyasının tarixindən danışıb. Burada təhsilin mütərəqqi ideyalar və uzaqgörən bir təməl üzərində qurulduğundan bəhs edərək ADA Universitetinin Azərbaycanın maarifçilik irsi üzərində qurulduğunu və elmi dərindən və şüurlu öyrənmək, öyrəndiklərini başqaları ilə bölüşmək kimi dəyərləri həmişə yüksək tutduğunu vurğulayıb. Qalib Məmməd ADA Universitetinin ABŞ-dakı Mərkəzinin də “Bir Müəllimin Manifesti” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak edəcəyini qürur hissi ilə qeyd edib.
Daha sonra çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, ADA Universiteti ölkəmizdə yüksək ixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir Müəllimin Manifesti”ni elan edir. İllər ərzində əldə etdiyi elmi-pedaqoji təcrübəni özünün ən böyük zənginliyi hesab edən ADA, bunu bir missiya olaraq regionlarımızdakı məktəblərlə və müəllimlərlə bölüşəcək. ADA əməkdaşları regionlara gedəcək, könüllü olaraq oradakı məktəblərdə çalışacaq, o məktəblərdən qabaqcıl müəllimləri seçib ixtisasartırma üçün ADA-ya gətirəcək. Həmin müəllimlərin bir qismi ADA Universitetinin Vaşinqtonda yerləşən Mərkəzində təhsil alacaq. Məqsəd nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaqdır.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri də çıxışçılar sırasında yer alıblar. Tomris xanım Azəri Seminariya binasının bərpası prosesində Cəmiyətin ADA Universitetinə dəstək olacağını vurğulayıb.
Yekun sözlə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ADA tələbələri və məzunlarının sayı artdıqca, missiyası da genişlənməkdə davam edəcək. ADA öz təcrübəsini regionlarda yerləşən məktəblər və onların müəllimləri ilə paylaşmaq səylərinə ilk növbədə Qazaxdan başlayacaq və bu işdə Bakı Dövlət Universitetinin Qazax filialı ilə əməkdaşlıq edəcək. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncamın əhəmiyyətini vurğulayan Hafiz Paşayev ADA olaraq bu şərəfli işə hər cür dəstək göstərəcəyini vəd edib.
Qeyd edək ki, ADA Universiteti “Bir Müəllimin Manifesti” təşəbbüsü çərçivəsində həm də tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməklə onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi