Milli Məclisin komitə üzvləri toplandı: 7 məsələ müzakirə olundu
18-05-2021 [16:49]
Mayın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub, hakimlərin təyinatı ilə əlaqədar 7 məsələyə baxılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, iclasda Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli son illər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsinin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, məhkəmə-hüquq sistemi də bu islahatlardan kənarda qalmayıb. İlk növbədə qanunvericilik islahatları aparılıb, əlaqədar qurumlar tərəfindən çox əhəmiyyətli qanun layihələri hazırlanaraq Milli Məclisə təqdim olunub və parlamentdə müzakirə edilərək qəbul olunub. Növbəti mərhələdə Məhkəmə-Hüquq Şurası tərəfindən nizam-intizamın gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı mühüm işlər görülüb. Çox vacib olan üçüncü istiqamət isə kadr islahatlarını əhatə edib.
Əli Hüseynli bildirib ki, bugünkü komitə iclasında parlamentə Azərbaycan Prezidentinin imzasıyla daxil olan, Ali Məhkəməyə və regional Apellyasiya məhkəmələrinə hakimlərin təyinatı ilə bağlı təqdimat müzakirə ediləcək.
Sonra iclasda Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov islahatlar dövründə qurumun həyata keçirdiyi işlər barədə danışıb. Məhkəmə fəaliyyətinin və ədalət mühakiməsinin səmərəliliyinə təsir göstərən amillərdən söz açıb. Aparılan kadr islahatları, yerlərdə inşa olunan məhkəmə kompleksləri və digər işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, pandemiya ilə əlaqədar ötən il məhkəmə sistemi məhdud fəaliyyət göstərib. Bununla əlaqədar olaraq Məhkəmə-Hüquq Şurası elektron məhkəmə-informasiya sistemi vasitəsilə işlərə baxılması üçün əlavə proqram təminatı hazırlayıb və həmin proqram sayəsində öncə yalnız mülki xarakterli işlərə baxılması mümkün olub. Ötən ilin iyun ayında Milli Məclisdə müvafiq qanun qəbul edildikdən sonra pandemiya şəraitində cinayət işlərinə də elektron qaydada baxılması təmin edilib.
İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ölkəmizdə gedən məhkəmə-hüquq islahatları ilə bağlı rəhbəri olduğu Sosial Tədqiqatlar Mərkəzinin statistik məlumatlarını nəzərə çatdırıb.
Komitə üzvləri Bəhruz Məhərrəmov, Fəzail Ağamalı, Elşən Musayev, Erkin Qədirli, Tahir Kərimli, Kamal Cəfərov və Nizami Səfərov gündəlikdəki məsələlərlə bağlı fikirlərini açıqlayıblar, təkliflərini diqqətə çatdırıblar, hakimliyə namizədlərə müsbət münasibətlərini ifadə ediblər.
Cavid Hüseynov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdikdən sonra I vitse-spiker, komitə sədri Əli Hüseynli müzakirələri yekunlaşdırıb.
Komitədə baxılan məsələlər – Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi; Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi