"Onlar kimdir ki, tədbirə çağırırsınız?" - Qalmaqal

img

18-05-2021 [15:29]


ARB TV-də yayımlanan "Bazar düzü" proqramında xeyriyyə tədbirlərindən bəhs edilib.

Proqrama qatılan Ömər Abdullayev adlı özünü təşkilatçı kimi təqdim edən şəxs xeyriyyə tədbirləri keçirdiyini, amma müğənnilərin gəlmədiyini deyib.

O bildirib ki, xeyriyyə tədbiri üçün bəziləri qonorar istəyib, bəziləri isə gəlməyəcəyini deyib.

Təşkilatçı əlil uşaqlar üçün keçirdiyi tədbirdə müğənni Kərim Abbasovun 2018-ci ildə ondan 500 manat istədiyini açıqlayıb.

Müğənni Damla isə "Xeyriyyə tədbirinə getmirəm" sözlərini deyib. O bildirib ki, bir çoxları da tədbirdə olan müğənnilərə görə qatılmaqdan imtina edib.

Verilişdə qonaq olan müğənni Səyyad Əlizadə isə Damla və Kərimin ünvanına tənqidlər səsləndirib:

"Ay müğənni, sən kimsən? Kimsən ki, deyirsən, filankəs ordadı, mən gəlmirəm.

Ünvanları səhv salırsınız. Onlar kimdir ki, tədbirə çağırırsınız? Çağırdığınız adamlara fikir verin. Sənətdən söhbət getmir. Hər şeydən üstün insanlıqdır. Hər kim olursan ol, əvvəl insan ol"/Axsam.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR