Flora Kərimova Prezidentlə səfərindən danışdı: "Hərdən kütlə onu başa düşmür, belə olanda yanıb-tökülürəm"
17-05-2021 [20:58]
“Şuşa mənim iztirabım idi. İndi isə mən Şuşaya görə qorxu içində yaşayıram, bu qələbə oturuşmayana qədər belə davam edəcək…”
Mia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a illər sonra Şuşaya yollanan Xalq artisti Flora Kərimova deyib.
O, Şuşa üçün axıtdığı göz yaşlarını birdəfəlik sildiyini bildirib:
“Mən çoxdan Şuşanın həsrətində idim, göz yaşlarımı birdəfəlik sildim. Əvvəllər oxuyanda, danışanda kövrəlirdim, xəstələnirdim, gözüm yolda idi. Bütün günü səksəkədə idim ki, görüm kim nə dedi, məsələ necə oldu və s. Şuşa mənim iztirabım idi. İndi isə mən Şuşaya görə qorxu içində yaşayıram, bu qələbə oturuşmayana qədər belə davam edəcək. Gərək Azərbaycan tarixə “Dəmir Yumruq” adı ilə yazılsın. Çünki sərkərdəmiz bütün yumruqları səfərbər etdi. O qələbə çaldı, indi biz hamının üzünə dik və fərəhlə baxa bilirik. Dəmir yuruq bizi əsrlər boyu davam edən əsrlikdən çıxardı və bütün Azərbaycanı öz ətrafında birləşdirdi. Hər millət öz qəhrəmanına borcludur. Şəxsən məni o “dəmir yumruq” yaşatdı, yoxsa bütün ümidimi itirmişdim. Birdən-birə millət birləşdi, hayqırmağı bacardı, bax onda mən də ümidləndim”.
80 yaşlı sənətkar Şuşada baş tutan konsertdə Prezident İlham Əliyevin sadə davranmasından danışaraq, onu təqdir edib:
“Biz Şuşada olanda Prezidenti görürdük, nə qədər sadə idi, hamımıza qarışmışdı. Hər addımında sanki demək istəyirdi ki, mən sizin övladınızam, mənə Allah kimi baxmayın, torpağın oğlu kimi baxın, belə qiymət verin, etdiklərimin qədrini bilin. Əvvəllər mənim “bir yumruq kimi” ifadəsindən zəhləm gedirdi, çünki çox yaltaqlar bunu istifadə edirdi, amma sərkərdəmiz o bir yumruğu əməldə göstərdi. Əbülfəz Elçibəy deyirdi ki, “deməyin ölümə gedirəm, deyin ki, öldürməyə gedirəm”. Bax bunu Ali Baş Komandanımız etdi. O dedi ki, mən millətimlə məsləhətləşirəm, ondan heç nə gizlətmirəm. Hərdən kütlə onu başa düşmür, belə olanda yanıb-tökülürəm. Siz nəticəni gördüz, gözdən salmaq üçün nəsə deyəndə utanmırsınız?
Biz Şuşada xeyli şənləndik, amma baxın, gələn kimi Qaragöllə bağlı problemlə üzləşdik. Öz-özümə dedim ki, can bala, bir az sevindin, onu da bura gələn kimi burnundan tökdülər. O konsertdə onun prezident olduğu yadından çıxmışdı. Mən onu çox istəyirəm, ona vətənimlə, uca başımla borcluyam. Bax, indi mən bu sözləri deyə bilərəm. Şuşaya getdim, oranın havasını alanda dedim ki, şükür sənə, ay Allah, bu günü mənə yaşatdın. Prezident mənə bunu deməyə imkan verdi”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi