"PAŞİNYANDAN QISAS ALMAQ HİSSİ İLƏ ALIŞIB YANIRLAR" - "Məsuliyyətsiz siyasətlə Qarabağda özümüzü məğlub vəziyyətə gətirdik"
16-05-2021 [17:49]
“Ermənistanın ikinci prezidenti Robert Koçaryanın növbədənkənar seçkilərdə birgə iştirakdan imtina etməsi ondan irəli gəlir ki, o, dövlətin maraqlarından çıxış etmir, yalnız Baş nazir vəzifəsini icra edən Nikol Paşinyandan qisas almaq hissi ilə alışıb yanır”.
“Sputnik Armenia”nən verdiyi məlumata görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayında çıxışında deyib.
Ter-Petrosyan bildirib ki, keçmiş prezidentlər Rovert Koçaryan və Serj Sarkisyana seçkilərdə birgə iştirakla bağlı müraciətində bir şərt olub: keçmiş liderlərdən heç biri Baş nazir postuna namizəd olmayacaq.
“Bu, bir tərəfdən Nikol Paşinyanın yenidən dirçəlməsinin qarşısını alacaqdı, digər tərəfdən isə Robert Koçaryanın hakimiyyətə qayıdışını əngəlləyəkdi. Belə olan halda, Baş nazir postunu ciddi təcrübəsi və idarəçilik vərdişləri olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran şəxs tutmalıydı”, - deyə Ter-Petrosyan vurğulayıb.
L. Ter-Petrosyanın sözlərinə görə, R. Koçaryanın təklifi rədd etməsi onun Paşinyandan qisas almağa susadığını göstərir. “S. Sarkisyana gəldikdə, o, hakimiyyətə qayıtmaq istəmir, lakin partiyasının üzvlərinin parlamentə düşməsinə çalışır”, - deyə o, əlavə edib/APA.
Petrosyan əlavə edib ki, rəhbərlik etdiyi Erməni Milli Konqresi iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
O, partiyası tərəfindən göstəriləcək namizədlər siyahısına başçılıq edəcək.
Levon Ter-Petrosyan keçmiş prezident Robert Koçaryanın da qələbəsini istisna edib.
O, iddia edib ki, Paşinyan və ya Robert Koçaryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb olacaq: “Belə şəraitdə aktual problemləri həll etmək mümkün olmayacaq”.
L.Ter-Petrosyan bildirib ki, bu halda daxil sabitlik təmin olunsa belə, mühacirətin tempi sürətlənəcək.
Sabiq prezident 44 günlük Qarabağ savaşındakı məğlubiyyətlərinə də toxunub.
Mia.az bildirir ki, o, Azərbaycana məğlubiyyətdəndanışıb: “Biz Azərbaycana məğlub olmadıq, ancaq son 23 ildə həyata keçirilmiş səlahiyyətli avantürist və məsuliyyətsiz siyasət nəticəsində özümüzü məğlub vəziyyətə gətirdik. Məğlubiyyətin təməli 1998-ci ildə status-kvonu qorumaq ehtimalı və bir qarış torpaq verməmək prinsipi ilə bağlı yalan inamla qoyulub. Məğlubiyyətin sonu isə Nikol Paşinyan tərəfindən “Artsax” Ermənistandır” təxribat xarakterli bəyanatı ilə elan edilib. Bu, Ermənistanın, Qarabağın sonu idi.
23 il ərzində səlahiyyətlilərimiz realist siyasətin ən vacib üç amilini nəzərə almadılar: güc nisbəti, müttəfiqlərin varlığı və ya olmaması və ən əsası, zamanın geri dönməzliyi. Həqiqət budur ki, bir şey bu gün mümkündürsə, sabah mütləq mümkün olmayacaqdır. Bu, səlahiyyətlilərimizin başa düşmədiyi çox sadə bir şeydir; siyasət A,B,C-si budur. Başqa sözlə, 23 ildir səlahiyyətlilərimiz qumar oyunçuları kimi davranır, yeni mərclər qoyur, daha çox qazanmağa çalışır və buna görə qazandıqlarını itirirlər. Təfərrüatlarına varmaq istəmirəm, çünki bu problemə həsr olunmuş geniş bir məqalə hazırlamaq niyyətindəyəm”.
Qeyd edək ki, L. Ter-Petrosyan R. Koçaryan və S. Sarkisyana (Hər iki sabiq prezident Ermənistanda daha çox "Qarabağ klanı"nın liderləri kimi qəbul edilirlər - Mia.az) müraciət edərək, növbədənkənar parlament seçkilərinə birgə qatılmağı təklif edib.
Lakin onlar bu təklifi qəbul etməyib, üstəlik bunu ictimailəşdirdiyi üçün L. Ter-Petrosyana etirazlarını bildiriblər.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi