Səlim Müslümov şöbə müdiri ilə mərkəz direktorunu işdən çıxardı

img

15-01-2014 [11:10]


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin növbəti əməkdaşı, nazirliyin şöbə müdiri işdən azad olunub.

Məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tutduğu vəzifəsindən azad olunub. Onun öz ərizəsiylə işdən çıxdığı bildirilir.

Məlumat üçün bildirək ki, İlham Məmmədov sumqayıtlıdır. Uzun müddət "AZADİNFORM" İnformasiya Agentliyində sosial və iqtisadi sahələr üzrə müxbir kimi fəaliyyət göstərib. 1 iyun 2010-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini və müdiri vəzifələrində işləyib.

İ.Məmmədovun özüylə əlaqə saxlamaq istəsək də, bu, mümkün olmadı(Xeberle.com).

Səlim Müslümov bu gün daha bir vəzifəli şəxslə yollarını ayırıb. Mia.az Vətəninfo.az-a istinadən xəbər verir ki,  Səlim Müslümov rayonun Saatlı rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Akif Məmmədovu vəzifəsindən uzaqlaşdırıb. Məlumatda deyilir ki, uzun zamandı Saatlı ƏƏSMM-nin müdiri ilə bağlı nazirliyə edilən şikayətlər araşdırılıb və nazirə məruzə edilib. Bundan sonra da S.Müslümov Saatlı rayonunda əhalinin sosial müavinət kartlarını özündə saxlayaraq bundan şəxsi mənafeyi üçün istifadə etdiyi haqqında təsdiqlənən faktlara dayanaraq A.Məmmədovu işdən azad edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA