MÜBARİZ MƏSİMOVLA BAĞLI ŞOK İDDİA SABİQ NAZİRLƏ NAZİRİ ÜZ-ÜZƏ GƏTİRDİ: ""Biz olmasaq, mafiya buraya çökər" - Soylu siyasilərə "Edama belə hazıram" mesajı verdi
13-05-2021 [22:27]
Türkiyədə mafiya başçısı hesab olunan Sedat Pekerin sabiq Daxili işlər naziri Mehmet Ağarın "Palmali" şirkətinin sahibi Mübariz Məsimovu öldürtmək istədiyini, hətta bu məqsədlə "Lotu Quli" kimi tanınan rəhmətlik Nadir Səlifovun deport qərarını ləğv etdirməsi və sair kimi sensasiyalı iddiaları qardaş ölkə ilə yanaşı, Azərbaycanda da böyük maraq oyadıb.
Mia.az xatırladır ki, Sedat Peker iddialarını davam etdirərək, "dərin dövlət" adlandırdığı Mehmet Ağarın Mübariz Məsimova məxsus olan Bodrumdakı perestjli liman - "Bodrum Yalıkavak’" da "çökdüyü"nü bəyan edib. Yada salaq ki, bu limana hər il dünyanın ən məşhur iş adamları, dövlət nazirlər, hətta ölkə başçılarının şəxsi yaxtaları ilə gəldiyi də bilinir.
Mia.az-ın məlumatına görə, bu və ya digər ağır məsələlərdə ittiham olunan sabiq nazir Mehmet Ağar Türkiyənin "Sözçü" qəzetinə danışıb.
O, əvvəlcə Pekerin iddiaları ilə bağlı "Sözçü"yə bundan öncəki cavab açıqlamasında Bodrumdakı yaxta limanını nəzərdə tutaraq "Məni gündəmə gətirmələrinin əsl səbəbi bizi buradan (limandan-red) uzaqlaşdırmaqdır. Bizi buradan uzaqlaşdırandan sonra həyata keçiriləcək plan bəllidir: buraya mafiya çökəcək. Bu gün əgər mafiya buraya girə bilmirsə, bizim burada olmağımızdandır" ifadəsinin yaratdığı rəsmi etiraza aydınlıq gətirib.
Xatırladaq ki, Ağarın bu açıqlamasına Türkiyənin hazırkı Daxili işlər naziri Süleyman Soylu sərt reaksiya verib. Nazir əvvəlcə ehtimal edib ki, sələfi Mehmet Ağar bu ifadəni "dil sürüşməsi" nəticəsində işlədib: "Bu, bəlkə də belədir. "Biz olmasaq, mafiya buraya çökər"in təkzibini hələ də gözləyirəm. İnşallah, bu, digər ehtimalda sayğısız qəzetçinin çarpıtmasıdır. Mənim dövlətim Liviyaya və Qarabağa çökülməsinə fürsət vermədi. Kıytırık bir marinaya (liman-red) mafiya pozuntularının çökməsinə fürsət verməz. Türkiyə əvvəlki Türkiyə deyil”.
Ağar "Sözçü"yə bugünki açıqlamasında əvvəlcə Soylunun xəbərdarlığına izahat verib.

SÜLEYMAN SOYLU - MEHMET AĞAR
O, xələfi Soylunu haqlı sayıb, üzr istəyib: "Olayın istiliyi və əsəbdən bir dil sürüşməsinə yol verdim, istəmədən çox dəyərli məsləkdaşlarımı üzdüm, incitdim. Bu gün polis Türkiyədə cinayətkar qruplaşmalara nəfəs aldırmır, göz açdırmır. Bir sözlə, mənim bundan əvvəlki məlum ifadəni işlətməm fövqəladə yanlışdır. Buna görə səmmi qəlblə üzr istəyirəm".
Ağar daha sonra Süleyman Soylu ilə telefonla danışdığını deyib, onun və polislərin fəaliyyətini təqdir edərək, mövzuya keçib: "Mən bu müzakirə olunan limana - "Bodrum Yalıkavak Marina"ya necə gəldim? Siyasətdən çəkiləndən sonra bəzi holdinq və şirkətlərdən təkliflər gəldi, qəbul etmədim, etməməm də. Ancaq bu liman məsələsi başqa idi. Çünki prezidentimiz Ərdoğanla Aərbaycan prezidenti arasında qardaşlığıa yaxın münasibət var. Mərhum Heydər Əliyevdən bu yana "Bir millət iki dövlət" anlayışı var. 3-4 il əvvəl marina sahiblərinin ricası ilə mən bu vəzifəni qəbul etdim. Türkiyə ilə Azərbaycan qardaşlığının möhkəmləndirmək amacı ilə.
Qaldı Mubariz Məsimovu Fəthullah Gülənin yanına aparmağım haqda iddialara, keçmişdə birlikdə duz-çörək kəsdiyim şəxs bu gün həbsdədir (M.Məsimovun ev dustaqlığında olduğuna eyham vurur - Mia.az). Cavab vermək imkanı olmayan biri haqda bir şey demək istəmirəm. İrəlidə cəzası bitər, nəsib olarsa, hər şey danışılar. O, dəfələrlə oraya (ABŞ-a, Gülənin yanına - red) gedib, bunu hər kəs bilir. Bir dəfə isə bərabər getdik. Mənim gedişimdən də dövlətimizin məlumatı vardır".

SEDAT PEKER
Sedat Pekerin haqqındakı digər iddiaları haqda da danışan Ağar “Bu şəxslə özümü tay tutmam mümkün deyil. Toxunulmazlığım yoxdur, dövlət hər məsələdə araşdırma aparar. Zatən, onun sözlərinə görə bayramdan sonra vəkillərim gərəkli hüquqi addımlara başlayacaq. Ürəyi, cəsarəti olan Türkiyəyə gələr.
Qaldı oğlum - AKP-nin Elazığıdan seçilən millət vəkili Tolqa Ağara yönələn iddialara, mən, oğlumla fəxr edirəm, qürur duyuram. Bu iddialar PKK və bəzi qanunsuz saytlarda ortaya çıxarılan iddialardır. FETÖ ilə bağlı saytlar bunların üzərində dayanır. Bunların hamısı yalandır. Allahdan qorxaram, dövlətdən qorxaram, qanundan qorxaram. Amma bir şeydən qorxmaram. Kimin nə iddiası var, buyursun dəlillərini ortya qoysun. Hər cür araşdırmaya, istintaqa hazıram", - deyə bildirib..
Sabiq nazir bir daha bildirib ki, onun və oğlunun qanunsuz və əxlaqlı olmayan heç bir şeydə bağlılığı yoxdur: "Dövlətimizin bunların hamısını ortaya çıxaracağına inanım tamdır".
Bu yerdə onu da xatırladaq ki, Sedat Pekerin iddiaları ilə bağlı Daxili işlər naziri Süleyman Soylu bu gün daha bir çox sərt açıqlamalar verib.
O, Pekeri istifadə etdiyi narkotikin onun beynini yox etdiyini bildirib:

"Gəl, ədalətə təslim ol Sən əməliyyat siçovulu kimi qaçma, ölkənə gəl, ədalətə təslim ol. Əlbəttə, cəsarət aldığın bir yerlər vardır. Necə olsa da, Kamal Kılıcdaroğlu kimi bir böyüyün var. Meral Akşener kimi bacın var, Ali Babacan kimi qardaşın var, Əhməd Davudoğlu kimi hocan var, "Bir gün", "Cumhuriyet", "Sözçü" kimi qəzetlərin var, FETÖ-nün sosial mediya dayağın var, HDP/PKK-dan dəstəyin var. Necə olsa, bu tamaşaya günlərdir baxan, hər şeyə söz soxan, amma hələ də Türkiyənin əvvəlki Türkiyə olmadığını anlamayan, susan ördəklər var".
Nazir daha sonra daha sərt mesajlar verib: "Sənin kimi alçaq və istifadəyə meyllilərlə üzləşə-üzləşə Türkiyə bu günlərə gəldi. Üzərimə düşəni alır və üzləşirəm. İstanbul və Bursa məhkəmələrində iki dosyan var. İstanbuldaki dosyanın başlanğıcını bilmirəm. Ancaq dosyanın yenidən hərəkətlənməsi və əməliyyata dönməsinə birbaşa təsirim var. Bursadakı dosya isə bir kişinin şəxsimə şikayəti ilə başdan sona mənim təqibimdə olacaq. Deyirsən ki, həyatının bir nöqtəsində mənimlə təmasın var. Bu isbatlanarsa, əziz millətimizin gözü önündə edam daxil, hər cür cəzaya, aşağılanmaya razıyım".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi