Koronavirusa yoluxan jurnalist müalicə prosesindən yazdı
13-05-2021 [14:23]
Nəhayət, bizim də evdə “toy-bayram” oldu – ailəlikcə COVİD-19 virusuna yoluxduq.
İlk gündən məni, yaşımı və mümkün ağırlaşmaları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığ qəsəbəsindəki koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul tipli hospitalına aparmaq istədilər.
Mən, əlbəttə, bilirdim ki, 2020-ci ilin iyulunda istifadəyə verilmiş bu hospitalda yaradılan şərait koronaviruslu xəsətələrin müalicə işini qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Hospitalda məlumatların idarəetmə sistemi mövcuddur. Burada mərkəzi qərargahda müalicə prosesinə aid olan bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə edilir. Bu sistem vasitəsilə xəstələrin tibbi məlumatlarını, müalicə prosedurlarını və bütün digər tibbi və qeyri-tibbi prosesləri həm hospital daxilində, həm də hospital kənarından izləmək mümkündür. Eyni zamanda bu sistem hospitalın fəaliyyət dövrünü istənilən tarix aralıqları üzrə izləmək imkanı verir. Amma bütün bunlara baxmayaraq, evdə müalicə olunmağa üstünlük verdim. Düşündüm ki, hospitalda mənim həm də insult xəstəsi olduğumu bilən kimi taleyin ümidinə buraxacaqlar və 1-2 gündən sonra: “Təzyiqi qalxdı, ürək, ağciyər damarlarında tromblar əmələ gəldi və xəstə vəfat etdi” deyəcəklər.
Bir həftə müalicədən sonra vəziyyətim qəflətən ağırlaşdı, temperaturum qalxdı, saturasiyam isə aşağı düşməyə başladı. “Təcili yardım” maşını ilə hospitala aparıldım…
Bu xəstəxananın fəaliyyətinin özəl xüsusiyyəti Azərbaycanda ilk dəfə tətbiq olunan və tibb praktikasında bənzəri olmayan, yeni növ koronavirus infeksiyası üçün ixtisaslaşdırılmış tibbi məlumat sisteminin olmasıdır. Tibbi məlumat sistemi tibb işçilərinin işini optimallaşdırmaq və hər bir xəstə üçün fərdi olaraq tibbi qərar qəbul etmək üçün intellektual dəstəyi təmin edir.
Xəstəxanaya qəbul olunduqda xəstə xüsusi təlim keçmiş tibb bacısı tərəfindən qeydiyyata alınır, epidemioloji analiz, baxış və müayinədən keçir və nəticələr elektron məlumat sistemində qeydə alınır. Beləliklə, sistem avtomatik olaraq xəstənin tibbi tarixçəsini yaradır, vəziyyətini qiymətləndirir, lazımi instrumental və laborator müayinələrinin həcmini müəyyən edir.
Aparılmış manipulyasiyalar tibb bacısı tərəfindən elektron imza ilə qeydə alındıqdan sonra, həkimin elektron cihazına xəstənin vəziyyəti, əsas və müşayiət olunan diaqnozları ilə tibbi tarixçəsi göndərilir. Alınan məlumatları araşdırdıqdan sonra həkim xəstəni müayinə edir, alınan materialları təsdiqləyir və ya müvafiq düzəlişlər edir. Müayinəni təsdiqlədikdən sonra həkim beynəlxalq protokollara əsasən tövsiyə olunan terapevtik tədbirlərin siyahısını, o cümlədən antiviral, iltihabəleyhinə və antikuaqulyant dərmanları, infuziyon terapiyası, oksigen təchizatı rejimlərini və s. görmək imkanı əldə edir. Həkim bu tövsiyələrdən xəstə üçün lazım olan müalicə sxemini seçir və qeydə alır.
Həkim tərəfindən edilən təyinatlar onun elektron imzasından sonra avtomatik olaraq tibb bacısının planşetinə ötürülür. Tibb bacısı səsli siqnal vasitəsilə həkim tərəfindən göndərilən tibbi təyinatlar barədə xəbərdar olunur və dərhal onların yerinə yetirilməsinə və qeydiyyatına başlayır. Tibb bacısı qrafik şəklində müşahidə kartına yazılan tənəffüs tezliyi, qanın oksigen təminatı, arterial təzyiq, elektrokardioaqrifaya göstəricilərinin dinamik müşahidəsini aparır. Tibbi İnformasiya Sistemi dəyişikliklərin dinamikasının proqnostik qiymətləndirməsinə imkan verir, planşetin ekranında yarana biləcək ağırlaşmalara dair xəbərdarlıqları göstərir, müalicə və oksigen terapiyası rejiminin korreksiyasına dair tövsiyələr verir. Sistem xəstələrin bioparametrlərinin dinamik müşahidəsi haqqında məlumatların və ultrasəs, kompyuter tomoqrafiyası, elektrokardioqrafik müayinələrin təsvirlərinin Xəstələrin Müşahidə Mərkəzinə ötürülməsinə və mürəkkəb halların kollegial müzakirəsinə, zəruri hallarda Teletibb Məsləhətləşmələri kanalları vasitəsilə xarici mütəxəssislərlə müzakirəyə çıxarmağa imkan verir.
…Gözlədiyimin əksinə olaraq, ilk gündən məni diqqət və qayğı ilə əhətə etdilər. Müalicə həkimim İlkanə Cəfərova daim vəziyyətimlə maraqlanır və zəruri müalicə prosedurlarının həyata keçirilməsini təmin edirdi. Tibbi personalın çatışmamasına baxmayaraq, tibb bacıları, tibb qardaşları, xəstə baxıcıları, sanitarlar və b. əllərindən gələn hər şeyi edirdilər ki, bütün xəstələr razı qalsın. Düzgün və səmərəli müalicə nəticəsində tezliklə vəziyyətim yaxşılaşdı və məni oksigen aparatından ayırdılar – artıq özüm sərbəst nəfəs ala bilirdim.
Modul hospitalın 17-ci korpusunun şöbə müdiri Xalid İmanov, həkim Nicat Eyvazlı da hər gün bizə baş çəkir, səhhətimizlə maraqlanır, lazım gəldikdə müalicənin gedişində müəyyən dəyişikliklər də edirdilər.
Artıq ikinci gündür ki evdəyəm. Özümü normal hiss edirəm. Bu cür modul tipli xəstəxanaların tikintisi Azərbaycan dövlətinin koronavirusla mübarizədə vətəndaşların sağlamlığının qorunmasına və ölkənin səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətinin təzahürüdür. Mübağiləsiz-filansız deyirəm: ”Əsl dövlət qayğısı belə olar!”
Adil ZAMAN,
yazıçı-jurnalist.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi