Əli İnsanovla bağlı daha iki məhkəmə başlayır

img

15-01-2014 [10:22]



13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülən keçmiş səhiyyə naziri Əli İnsanovun Bakı Apellyasiya Məhkəməsində yeni şikayətlərinə  start verilir. 

Bu barədə mia.az-a daxil olan məlumata görə, sabiq nazirin budəfəki işi Avropa Məhkəməsinin çıxardığı qərarla bağlıdır: «Bildiyiniz kimi, Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında Əli İnsanovun işinə yenidən baxaraq, həm Ali Məhkəmənin, həm Bakı Apelyasiya Məhkəməsinin hökmlərini ləğv edib. Ağır Cinayətlər Məhkəməsinin hökmünə yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Hazırda pleniumun qərarı əsasında Əli İnsanovun işi Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub». 

Məlumata görə, yanvarın 17- Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə işə baxılacaq: "Böyük ehtimalla sözügedən məhkəmə Avropa Məhkəməsinin Əli İnsanovun dərhal azad olunması ilə bağlı qərarını müsbət qiymətləndirəcək. Yəni Cinayət Məcəlləsinin 179.3.2, 306.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə məhkum edilm Əli İnsanov azadlığa buraxılacaq”. 

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə tutulub. O, iqtisadi cinayətlərdə təqsirli bilinərək, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 20 aprel 2007-ci il tarixli hökmü 11 il müddətinə azadlıqdan məhrum edilib.

 Yeri gəlmişkən, onu da qeyd edək ki, Əli İnsanovun Bakı Apellyasiya Məhkəməsində həmin günü digər bir şikayətinə də baxılacaq. 

Mia.az xəbər verir ki, həmin günü sabiq nazirin Ədliyyə Nazirliyi ilə Pentensiar Xidmətə qarşı şikayəti hakim Sənan Hacıyevin sədrliyi ilə araşdırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA