15-01-2014 [10:14]
Bəyanatda Ə.Musayev Suriyada vuruşanlara dəstək verməsi ilə bağlı iddiaları təkzib edib. Ancaq eyni zamanda ona qarşı bəyanat verən Q.Süleymanov haqqında bəzi açıqlamalar verib. Ə.Musayev bildirib ki, Q.Süleymanovun fəaliyyəti dini qruplar arasında bölünməni dərinləşdirib: "”Əbu Bəkr" məscidi ətrafında baş verən məlum hadisələrdən sonra geniş kütlə arasında nüfuzunun getdikcə aşağı düşməsini görən bu adam artıq neçənci dəfədir ki, fitnələrə əl atır. Məni təkfirçilikdə ittiham edən Qamət, APA-da yayılan bəyanatla faktiki olaraq özü məni təkfir edir. İslam elmlərindən dərin məlumatı olmayan Qamətin ətrafında bir zaman toplaşan qardaşlar onun naşılığı və səriştəsizliyinə əmin olduqdan sonra daha doğru söz deyən, daha elmli insanların axtarışına çıxırlar. Bunu anlayan Qamət isə aşkar, intellektual elmi bəhslərdə aciz olacağını əvvəlcədən anlayaraq belə çirkin, İslama və müsəlmana yaraşmayan vasitələrə əl atır, yanındakı qardaşları da aldadır, səhv yola yönəldir.
Bu fitnə artıq əhli-sünnə vəl camaat arasında bir neçə xoşagəlməz qarşıdurmalara (İçərişəhər məscidi, Müşfiqabad qəsəbə məscidi və başqa yerlərdə) gətirib çıxarmışdır. Bu da, bir müsəlman kimi, məni çox üzür və mən onun səhvlərini anlayaraq tövbə edib Allahdan bağışlanma istəməsi üçün Rəbbimizə dua edirəm".Qeyd edək ki, yanvarın 13-də Q.Süleymanov və tərəfdarları adından yayılan, ardınca bir gün sonra Əlixan Musayev tərəfindən cavablandırılan bəyanat bir sıra məsələlərə işıq tutur. İlk növbədə bu "ifşaetmələr” sələfi cərəyanı daxilində dərin bölünmələr olduğunu göstərir. Bu günə qədər ehtimal olunan, sızdırılan bölünmə artıq cərəyanın iki nüfuzlu lideri tərəfindən qarşılıqlı ittiham şəklində təsdiqlənir. Xatırladaq ki, hər iki şəxs Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən beynəlxalq İslam Universitetini bitirib, Azərbaycanda sələfi cərəyanı daxilində nüfuzlu liderlər kimi qəbul olunur.
Cərəyan daxilində bölünmələr haqda daha əvvəllər də məlumatlar olsa da, indiki bəyanatlar bölünmənin sərhədlərini göstərir. Məsələn, Ə.Musayevin bəyanatında bir sıra məscidlərdə cərəyan nümayəndələri arasında toqquşmaların olduğu qeyd olunur: "Bu fitnə artıq əhli-sünnə vəl camaat arasında bir neçə xoşagəlməz qarşıdurmalara (İçərişəhər məscidi (el arasında ”Ləzgi məscidi". H), Müşfiqabad qəsəbə məscidi və başqa yerlərdə) gətirib çıxarmışdır". Görünən odur ki, bu cür qarşıdurmalar bu günə qədər qeydə alınıb, ancaq bəlli səbəblərdən liderləri bu barədə xəbərlərin ictimailəşməsinin qarşısını alıb. İndi isə görünür situasiya dəyişib.
Son məlumatlara görə isə, sələfilər arasında qrupların hakimiyyətdə havadarları var. Belə ki, hakimiyyətdə təmsil olunan bəzi yüksək vəzifəli şəxslər, o cümlədən QMİ sədrinin müavinlərindən Qamət Süleymanov qruplaşmasını dəstəklədiyi, məhz onun sələfi icmasının lideri kimi qəbul olunmasına çalışırlar. Bu isə narazı qrupun sərt etirazı ilə qarşılanıb. Bundan sonra isə məscidlər və camaatlar arasında müvafiq bölünmə yaranıb. Bildirilir ki, hər iki liderin Suriya mövzusunda "təkzib” bəyanatı verməsi və ya bir-birini ittiham etməsi formal məsələdir. Əsas hədəf ölkə daxilində nüfuz savaşıdır. Yeri gəlmişkən, Ə.Musayevin bir neçə il əvvəl ölkədən getdiyi xəbərləri yayılmışdı. Onun xarici ölkələrdən birinə köçdüyü bildirilirdi. Hadisələrin gedişi göstərir ki, Ə.Musayev qayıdıb və mövqe savaşına qoşulub(Musavat.com.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi