Səni təbirik edir dağlar, Ağalar

img

14-01-2014 [15:44]


Ad Günün Mübarək Dünyaya elə insanlar gəlirlər ki, onlar özlərinin danışığı ilə səhnəni bəzəyirlər. Əlbəttə, belə insanlardan çox nadir halda yetişirlər. Xoşbəxtlikdən bu cür söz ustadlarından biri də Azərbaycan Respublikasının əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti, Ağalar Bayramovdur. 16 yanvar 2014-cü ildə 60 yaşı tamam olan Ağalar Bayramov 1954-cü il yanvarın 16-da Ucar rayonunun Bayat kəndində anadan olub. Mənə elə ömür arzulayınki, hər vaxt sevə bilim, sevilə bilim deyən, Ağalar Bayramova 100 yaş arzulayıram. Bir neçə yazıçı, şair, jurnalist, Ağalar Bayramovu təbrik etmək üçün qələmə aldıqları ürək sözlərinə, yazıçı-şairə İradə Ayteldə qoşularaq Ağalar Bayramovu səmimi qəlbdən təbrik edir işində müvəffəqiyyətlər arzulayır. Məndə gənc jurnalist kimi, həmkarlarıma qoşularaq, yazıçı-şair dostum, Səxafət Kəlbəcərliyə mənim təşəbbüsümlə yazdırdığım şeiri Ağalar Bayramova hediyyə edirəm. 

Ad Günün Mübarək! 

SƏNİ TƏBRİK EDİR DAĞLAR AĞALAR 
Gör necə xoşbəxtdi altmış illiyin, 
Səni təbirik edir dağlar, Ağalar. 
Dünya da ən qəddar daş ürək insan, 
Sən şeir deyəndə ağlar ağalar. 
Bu dünya əzəldən sinə dağlayır, 
Bir gülür, kimisidə ağlayır. 
Bülbülsən xətirini əziz saxlayır, 
O güllü çiçəkli, bağlar Ağalar. 
Səxavət zirvəyə ,zirvədən yazım, 
Kədərdən bolumsan, vüsaldan azım. 
Tərtərim, həkərim, Kürüm ,Arazım, Yanıqlı səsin də, çağlar Ağalar. 

Azər Allahverdiyev

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA