Cəbrayıl - 20 Yanvar həqiqətlər

img

14-01-2014 [14:01]


Rəisin xahisi ilə ucurulmus heykəli usaqlardan xahis etdim ki, heykəli rayon mərkəzindən uzaqlasdirib gizlətsinlər. Dəyərli oxucular məni bağislasinlar. Bu heykəllə bağli sonralar bas vermis bir əhvalati danismaq istəyirəm Deməli, 1992-ci ilin sentyabrinda Azərbaycanin məshur simalari(onlarin arasinda görkəmli alimlər, yazici və sairlər, müğənnilər, aktyorlar var idi) Cəbrayilla və buradaki real vəziyyətlə tanis olmaq ücün rayana gəlmisdilər.Çəbrayillilarin öz gücləri ilə rayonu necə mudafiə etmələri, azad edilmis 14 erməni kəndini öz qüvvələri ilə qorumalari, 13 yasli Tiqana ilə tanisliq( sonralar səhıd oldu. Allah rəhmət etsin) qonaqlari cox heyrətləndirmisdi. Deməyə soz tapmirdilar. Deməli, qonaqlarin sərəfınə" Cayarasi deyilən yerdə salinmiş parkda-Məhəmmədəlinin kababxanasinda " ziyafət verdik. Etika xatirinə onlarin adlarini cəkmirəm, sağ olan və rəhmətə gedən var. Urəkləri acilan qonaqlar yaxsıca yeyib icirdilər. Məshur sairlərimizdən biri söz alib dedi; - Hamidan üzr istəyirəm. Burada gördüklərim, o balaca Tiqana ilə tanisliq mənə ləzzət etdi. Mən səxsən cəbrayillilara minnətdarliq edirəm. Doğurdan da, deyilmiskən varsıniz. Ona görə də yaxsi yeyib icmək istəyirəm.Ancaq bızim stolun yeri yaxsi deyil. Bəlkə , onun yerini dəyisək, bir az rahat olsun. Usaqlardan xahis etdim ki, stolun ayağini düzəltsinlər. Bu zaman qəribə mənzərə yarandi.Bel bərk bir seyə toxundu. Həmin stolda oturan məshur aktyor:" Deyəsən, xəzinə tapmisiq, nə cixsa, bizim stolundur"-deyə zarafat etdi. Nəzərlər həmin yerə dikildi. Usaqlar torpaği təmizləyərkən qəribə bir mənzərə ilə rastlasdiq. Bu, 1990-ci il 20 yanvarda yixilmis, torpağa basdirilmis həmin Leninin heykəli idi. Məclisə sukut cökdu. Mən o vaxtki hadisəni onlara danisdim. Basi dumanlasmis bu məshurlar sanki ayilmisdi. Sukutu həmin məshur sair pozdu. Aradan 21 il kecsə də onun sözlərini bu gun xatirlayiram: , Burada Azərbaycanin cox məshur simalari oturub.Hamimiz bu kicik bölğəmizin mərd insanlari ilə tanis oldunuz.Bu yixilmis,xalq tərəfindən torpağa basdirilmis bu heykəli də gördünüz. Nəticə cixarmaq lazimdir. Necə illər bu milləti yalanci, bos ideyalin əsiri etdik. Stalinlərin, Kırovlarin, Leninlərin heykəllərini ucaltdiq, sənlərinə seirlər, mahnilar qosduq. Sonda xalq bu heykəlləri torpaga basdirir. Heykəllər üreklərdə olmalidir Dəyərli oxucular sonralar bu məshurlarin məddah dolu yazi və cixislarini gordukdə hec də təəccublənmədim. Budur gercək Azərbaycan ziyalisinin simasi. Bu, bir gercəklikdir. Sizləri yorduğuma görə məni bağislayin bunlari deməliydim. İndi kecək əsas mətləbə. 20 yanvar 1993-cu il. Cəbrayil. Azadliq meydani. Saat 14 . Mitinq davam edir. Mitinqi mən apariram. Cəbrayilin gözəl muəllimlərindən, riyaziyyatci Murtuza Mustafayev şoz istəyir .Asta addimlarla tiribunaya qalxdi. Bir qədər duruxdu. Sonra da hönkurtu ilə ağladi. Bir az sakitləsib cibindən qirmizi rənğli partiya biletini basi üzərinə qaldirib dedi: - Əziz camaat , mənı haminiz taniyirsiniz. Siz bu biletin rənginə baxin. Qirmizıdir. Bu Bakida balalarimizin qani rəngdədir. Belə bir bileti gəzdirə bilmərəm. Mən Qorbacova ve onun partiyasina nifrət edirəm. Bu gundən bu bilet mənə lazim deyil-deyib bileti meydana , camaatin ayaqlari altina atdi. Minlərlə partiya bileti meydana atildi. Mitınq tələb etdi ki, birinci katib Əli Rzayev basda olmaqla butün vəzifəli adamlar biletlərini təhvil versinlər.Tələb yerinə yetirildi.İkinci tələb rayon partiya komitəsinin buraxilmasi oldu. 

(ardi var)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA