Nazir müavini Aİ rəsmisi ilə müzakirə aparıb
08-05-2021 [17:45]
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestudis Yankauskasla xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev arasında görüş keçirilib.
Mia.az xəbər verir ki, K.Yankauskas Azərbaycan Vəkillər Kollegiyası tərəfindən vəkili Şəhla Hümbətova və İradə Cavadovanın səlahiyyətlərinin bərpa olunmasını alqışlayaraq vəkillik fəaliyyətinə xitam verilmiş və fəaliyyəti dayandırılmış digər vəkillərin də işlərinə baxılacağına dair gözləntilərini vurğulayıb.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri hüquq müdafiəçilərinin qanunun aliliyinin sütunları olduğunu və demokratik dəyərlərin qorunmasında müstəsna rol oynadıqlarını vurğulayıb.
Görüş 26 və 27 aprel tarixlərində baş tutmuş Aİ-Azərbaycan Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclasını yekunlaşdırıb. Görüş Bakıda keçirilməli idi, lakin COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən videokonfrans formatında baş tutub.
Alt komitə iclasının keçirilməsində məqsəd 2020-ci ilin mart ayında keçirilmiş son görüşdən sonra ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya sahəsində baş vermiş son gəlişmələri nəzərdən keçirmək və cari islahatlar, islahatların icrası və gələcək planlar, o cümlədən bu sahələrdə Aİ-nin göstərə biləcəyi yardım və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq olub.
Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Eamon Gilmore Aİ və Azərbaycan arasında insan hüquqlarına dair keçirilmiş son dialoqdan sonra Aİ daxilində insan hüquqları sahəsində mövcud olan çətinliklərə və siyasi konsepsiyanın hazırlanmasına dair ümumi məruzə təqdim edib. Xüsusi Nümayəndənin iştirakı Avropa İttifaqının Aİ-Azərbaycan münasibətlərində insan hüquqları sahəsinə necə əhəmiyyət verdiyinin göstəricisidir.
Bu il görüş xüsusi şərtlər altında baş tutub. Mövcud COVID-19 pandemiyası və onun sosial və iqtisadı təsirləri insan hüquqlari, demokratiya və qanunun aliliyi ilə bağlı vəziyyətə mənfi təsir göstərib. Postmüharibə dövründə Aİ hərtərəfli və obyektiv şəkildə araşdırılmalı olan istənilən beynəlxalq humanitar qanun pozuntusu üçün məsuliyyətin vacibliyini vurğulayıb. Aİ, həmçinin beynəlxalq humanitar qanunlar və götürülən öhdəliklərə uyğun olaraq qalan erməni hərbçilərinin qaytarılması işinin tamamlanmasının vacib olduğunu vurğulayıb.
Məcburi köçkünlərin qayıtması Azərbaycan üçün prioritet məsələ olaraq qalır və bu baxımdan, torpaqların təcili olaraq minalardan təmizlənməyə ehtiyac vardır, çünki bu, insanların münaqişəyə məruz qalmış ərazilərə təhlükəsiz şəkildə dönüşü üçün əsas şərtdir.
Aİ-Azərbaycan Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt-Komitəsi iclasının ilk hissəsi insan hüquqları və demokratiya mövzusuna həsr edilib. Aİ və Azərbaycan sərbəst toplaşma, birləşmə və ifadə azadlıqları ilə bağlı davamlı çağırışları müzakirə etmiş, həmçinin bir sıra fərdi məsələlərə də toxunub. Hər iki tərəf gender bərabərliyi və insan hüquqları sahəsində yeniliklər barəsində məlumatlandırılıb, beynəlxalq çoxtərəfli və regional arenada əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
Alt-Komitə iclasının ikinci hissəsində Aİ və Azərbaycan ədliyyə sahəsində həyata keçirilmiş islahatları nəzərdən keçirmişvə miqrasiya, siyasi sığınacaq və sərhəd idarəçiliyi sahəsində baş tutan səmərəli əməkdaşlığa dair müzakirə aparıb. Aİ və Azərbaycan həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində baş verənləri müzakirə edib. Korrupsiya ilə mübarizə, həmçinin şəxsi məlumatların qorunmasını nəzərdə tutan normativ baza sahəsində hər iki tərəf atılan addımlara və həyata keçirilən islahatlara dair məlumat mübadiləsi aparıb.
Aİ və Azərbaycan bu Alt Komitə iclasının əhatə etdiyi sahələrlə məşğul olmağa davam edəcək.
Aİ-Azərbaycan Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclasına Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev və Avropa Xarici Fəaliyyət Xidmətində şöbə müdiri Riçard Tibbels həmsədrlik edib. Alt Komitənin iclasına hazırlıqlar çərçivəsində Aİ vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi