Dünya Bankı Azərbaycanda pandemiyaya qarşı cavab tədbirlərini maliyyələşdirməyə hazırlaşır
08-05-2021 [15:19]
Dünya Bankı (DB) və Azərbaycan hökuməti COVID-19 pandemiyasının yaratdığı fəsadlara cavab tədbirlərinin maliyyələşdirilməsi imkanlarını müzakirə edirlər.
DB-dən bildirilib ki, 2021-ci ilin fevralında hökumət Dünya Bankı Qrupunun koronavirusla mübarizə üzrə çoxmərhələli proqram yanaşması çərçivəsində maliyyə təminatında marağını ifadə edib.
Bankdan bildiriblər ki, hazırda yeni sürətli cavab əməliyyatı hazırlanır. DB xatırladıb ki, 2020-ci ilin sentyabrında Azərbaycan COVAX qlobal peyvənd tədarükü mexanizminə qoşulub.
Dünya Bankı pandemiyaya cavab tədbirləri üçün, eləcə də geniş məlumat mübadiləsi təşəbbüsləri çərçivəsində tərəfdaşları ilə əməkdaşlıq edir. 2020-ci ilin aprelində Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadiyyatın müxtəlif sahələrinin ehtiyaclarını ödəmək üçün mümkün cavab tədbirlərini müzakirə etmək, habelə pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması sahəsində qlobal bilik və təcrübəni bölüşmək üçün Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə seminar keçirib.
“Hazırda hökumətlə müzakirə olunan çoxmərhələli proqram yanaşması çərçivəsində tətbiq edilməsi güman olunan yeni layihə digər beynəlxalq tərəfdaşların göstərdiyi dəstəyi – o cümlədən Avropa İttifaqının sakinlərin təhlükəsiz və effektiv peyvəndlənməyə hazırlığını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə həyata keçirdiyi yeni regional proqramı və Asiya İnkişaf Bankının COVID-19-la zəruri mübarizə vasitələrinin (o cümlədən fərdi qoruyucu vasitələrin, respiratorların və bioloji təhlükələrlə mübarizə vasitələrinin) tədarükünün təkmilləşdirilməsi və tibb işçilərinin profilaktika və infeksiya nəzarəti sahəsində imkanlarının artırılmasına yönəlmiş yardımı tamamlayacaq”, – bankdan bildiriblər.
Dünya Bankı çevik texniki xidmət üçün Avropa Komissiyasından 9 milyon avro alıb: “2021-ci ildə trast fondu yaradılacaq və o, pandemiya ilə mübarizədə və ondan sonrakı bərpa işlərində həlledici əhəmiyyətə malik sahələrdə analitik və konsultasiya işlərini maliyyələşdirəcək”.
Xatırladaq ki, əhalinin yoxsul və həssas qruplarının müdafiəsi üçün elektron səhiyyənin yaradılmasında Azərbaycana texniki yardım göstərilib. Xüsusilə, Yaponiya İnsan Resurslarının İnkişafı Fondu elektron səhiyyə strategiyası və sığorta iddialarının idarəedilməsi sisteminin inkişafını maliyyələşdirir. 738 000 dollarlıq texniki yardım vəsaiti səhiyyə məlumatlarının idarə edilməsinin gücləndirilməsinə və yeni tibbi xidmət platformalarının COVID-19-a cavab tədbirləri çərçivəsində tətbiq olunmuş evdə müalicə protokollarına uyğunlaşdırılmasına, eləcə də pandemiya səbəbindən dayandırılmış ilkin yoxlama proqramlarının bərpasına yönəldiləcək.
Cənubi Qafqaz ölkələrinə sosial müdafiə və iqtisadi imkanların gücləndirilməsi üçün texniki yardım da göstərilib. Yardım məqsədyönlü siyasətin hazırlanması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri üçün təlimlərin təşkil edilməsi yolu ilə COVID-19-un təsirinə məruz qalmış əlillərə kömək etməyə yönəlib.
Öz növbəsində, ölkə hökuməti də COVID-19-un biznesə, eləcə də əhalinin ən həssas təbəqələrinə ciddi təsirinin azaldılması üçün tədbirlər görüb. Bu günə qədər hökumət COVID-19-la mübarizə üçün dövlət vəsaitlərindən 1,16 milyard dollar (1,98 milyard manat) xərcləyib. Bura həmçinin ictimai səhiyyə ehtiyaclarının və sıravi işçilərin maaşlarının dəstəklənməsi daxildir.
Digər tədbirlər sosial müavinətlərin və biznes müavinətlərinin artırılmasına yönəldilib – bura işçilərin maaşlarının qismən dövlət tərəfindən verilməsi yolu ilə mikro sahibkarlara dəstək göstərilməsi, müvəqqəti dövlət iş yerlərinin yaradılması, dolanışıq üçün vəsaitlərin, işsizlik müavinətlərinin, ünvanlı sosial yardımın, təhsil subsidiyalarının və faiz subsidiyalarının verilməsi daxildir/Report.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi