“Mehriban Əliyeva dünyanın ən gözəl birinci xanımıdır”

img

14-01-2014 [13:19]


"Əgər dünya prezidentlərinin həyat yoldaşlarının gözəllik müsabiqəsini elan etsək, o zaman birinci yeri böyük fərqlə Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva tutar”.

MIA haqqin.az-a istinadən xəbər verir ki, bu sözləri "Soverşenno sekretno” proqramında tanınmış rusiyalı publisist və alim-psixoloq, "Rusiyanın qızıl pero” mükafatı laureatı, bir sıra köşə yazılarının müəllifi Leonid Radzixovskiy deyib.

Proqramın budəfəki bölümü müxtəlif dövrdə yaşayan və müxtəlif xalqların nümayəndələri olan qadınların siyasətdəki roluna həsr olunub. Söhbət lider qadınların, prezident xanımlarının gözəlliyindən düşəndə isə Leonid Aleksandroviç Mehriban xanımı dünyanın ən gözəl prezident xanımı hesab etdiyini bildirib. Proqramın aparıcısı isə "o həm gözəl, həm də ağıllıdır” deyə əlavə edib. Radzixovskiy isə dərhal bu fikirlə razılaşaraq Əliyevanın Azərbaycanda öz imici ilə brend olduğunu qeyd edib: "Azərbaycanda Əliyevləri sevən, hətta sevməyənlər hər kəs fəxr edir ki, prezidentlərinin belə xanımı var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA