"Rusiya sülhməramlı qüvvələri Xankəndi şəhərində..." - MN açıqlama yaydı
08-05-2021 [11:49]
"9 mayda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunur. Azərbaycan XX əsrin ən dəhşətli faciəsi olan ikinci dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasına mühüm töhfələr verib. 600.000 nəfərdən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşlərdə həlak olub. Müharibə illərində 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan hərbi birləşmələr keçmiş SSRİ-nin yüzlərlə yaşayış məntəqəsi uğrunda qəhrəmancasına döyüşüblər, bir çox ölkənin azad olunmasında yaxından iştirak ediblər. Əsgər və zabitlərimizin igidliyi, şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müharibə illərində Azərbaycan xalqı arxa cəbhədə də əzmkarlıq nümayiş etdirib:
"Bakı nefti qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Azərbaycan xalqı ordunun ərzaq, geyim, hərbi ləvazimat, sursat və digər zəruri məhsullarla təchizatında xüsusi fəallıq nümayiş etdirib.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz ulu öndərin qərarı ilə müharibə iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May – Qələbə günü qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müharibə veteranlarını və onları qayğılandıran məsələləri şəxsi nəzarətində saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görür.
Təəssüf ki, müasir dünyamızda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır.
30 il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.
Hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar. Həmçinin, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.
II Dünya müharibəsində və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün əsgər və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edir, onlara Uca Allahdan Rəhmət diləyir, qazilərimizə uzun ömür və cansağlığı arzu edirik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi