BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb - Açıqlama + FOTOLAR
07-05-2021 [22:17]
Mayın 7-də BMT ECOSOC-un əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Brüssel Ədliyyə Akademiyası arasında qarşılıqlı tərəfdaşlığa dair memorandum imzalanıb.
BAMF-dan Mia.az-a verilən məlumata görə, Brüssel Ədliyyə Akademiyası QHT olaraq təhsil məsələləri ilə yanaşı, əsasən beynəlxalq cinayət əməllərinin müəyyən edilərək məhdudlaşdırılması üçün məlumatların sənədləşdirilib səlahiyyətli qurumlara təqdim edilməsi, insan haqları pozuntuları sahəsində monitorinq və araşdırmaların aparılması istiqamətində fəaliyyət göstərir.
BAMF ilə Akademiyanın mütəxəssisləri arasında keçirilən ilk onlayn vebinar zamanı Qarabağda baş verən zorakılıqların, vandalizmin səbəb olduğu cinayətin hüquqi tərəflərinin araşdırılması, minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən gizlədilməsi kimi əməllərin beynəlxalq hüquqda yaratdığı presedentlər müzakirə olunub.
Qeyd olunub ki, gələcək əməkdaşlığın qurulması üçün Brüssel Ədliyyə Akademiyasının nümayəndələrinin Qarabağa səfərinin təşkili planlaşdırılır.
Umud Mirzəyev deyib: “Bu gün birgə fəaliyyətimizin koordinasiya edilməsini memorandumla rəsmiləşdirdik. Memorandumda əsasən, insan haqlarının qorunması, Şərqi Avropa, Qafqaz və Orta Asiyada baş verənlərə dair obyektiv informasiyanın toplanması və yayılması, jurnalist haqlarının müdafiəsi, hüquqi ekspert araşdırmaları, insan haqları və beynəlxalq humanitar hüquq pozuntularının birgə sənədləşdirilməsi, eləcə də təhsil, sosial və mədəni sahədə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub”.
Onun sözlərinə görə, bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərdə törədilmiş vəhşiliklərin, vandalizm aktlarının sənədləşdirilərək insan hüquq müdafiəsi qurumlarına, beynəlxalq təşkilatlara, İnsan Hüquqları Məhkəməsinə, eləcə də digər beynəlxalq məhkəmələrə çatdırılması üçün əlavə imkanlar yaradır.
“Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün 1992-ci ildən fəaliyyət göstəririk. Şükürlər olsun ki, 44 günlük müharibə haqq və ədalətin bərpası üçün zəmin yaratdı. İndi işğaldan azad olunmuş ərazilərdə törədilən vəhşiliklərin dünyaya çatdırılması istiqamətində var gücümüzlə çalışacağıq. Brüssel Ədliyyə Akademiyası ilə bu məsələlərin Avropa İnsan Hüquqları Məhkəməsində, digər hüquqi müstəvilərdə qaldırılması istiqamətində razılığa gəldik”, - deyə BAMF-ın prezidenti bildirib.
Qeyd edək ki, Brüssel Ədliyyə Akademiyasının təsisçisi professor Deni Teps, əsas idarəçiləri professor Katerin Kedaiten və siyasi məsələlər üzrə ekspert David Sutterdir. Təşkilatın baş ofisi Brüsseldə yerləşir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi