Polis keçmiş deputatı qumar oynayarkən yaxaladı – Naxçıvanda

img

14-01-2014 [10:37]


Şərur rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində MR Ali Məclisinin keçmiş üzvü qumar oynayarkən saxlanılıb. Bu barədə AzPolitika.info-ya bölgədəki mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, təxminən iki həftə əvvəl Şərur rayon Polis İdarəsinə Dəmirçi kəndindəki obyektlərdən birində tez-tez qumar məclisi təşkil olunduğuna dair informasiya daxil olub. Əməliyyatçılar məlumatı yoxlamaq üçün həmin obyektdə reyd keçirərkən MR Ali Məclisinin keçmiş üzvü Elçin Pənahov və daha 4 nəfəri qumar oynayarkən yaxalayıblar. Keçmiş deputat və qumar yoldaşları polis idarəsinə gətirilib, bir neçə saat saxlandıqdan sonra cərimə və xəbərdarlıq olunaraq sərbəst buraxılıblar.

Elçin Pənahov iki çağırış – 2000-2010-cu illərdə Naxçıvan Ali Məclisinin deputatı olub. O, Sədərək gömrüyünün keçmiş rəisi, məşhur "Laba” ləqəbli Mübariz Pənahovun qardaşıdır.

Mənbə qeyd edir ki, son illər Naxçıvan polisi qumarbazlara qarşı sərt mübarizə üsullarına üstünlük verir. Kimliyindən asılı olmayaraq, öz evində, obyektində qumar məclisləri təşkil edənlər və qumar oynayanlar cəzalandırılır. Bu baxımdan, keçmiş deputat da istisna təşkil etməyib.

Məlumatda həmçinin qeyd olunur ki, polis E.Pənahovu yaxalayarkən onun qarşısında 20 min manatdan artıq pul olub…

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA