Yasamalın icra başçısı: “Hacıbala Abutalıbov mənim dostumdur”

img

14-01-2014 [10:35]


"Mətbuatda guya mənim Hacıbala Abutalıbovla problemlər yaşadığıma dair cəfəng iddialar yer alıb”.

Bu sözləri Editor.az-a açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yola getmədiyinə dair müxalif mətbuatda yayılan informasiyalara aydınlıq gətirərkən belə deyib.

O, bildirib ki, Hacıbala Abutalıbovla təkcə fəaliyyət zəminində deyil, həm də şəxsi münasibətlər baxımından dostdur: "Hacıbala Abutalıbov mənim dostumdur. Bizim aramızda heç bir qarşıdurma və konfliktdən söhbət gedə bilməz. İndi kim nə istəyir yazır. İstədiyi yalanı tirajlayır. Bu heç bizi maraqlandırmır da. Həm Hacıbala müəllim, həm də mən öz işimizdəyik. Boş, mənasız iddialara cavab verməyə nə vaxtımız var, nə də həvəsimiz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA