Generalın icra başçısı olan qardaşının vəhşi iti adam parçaladı" - İttiham

img

14-01-2014 [12:22]



Ötən günlərdə mətbuatda Masazırda məmurlardan birinə məxsus olan itlərin adam parçaladığı və həmin şəxsin öldüyünə dair məlumatlar yayılmışdı.

Demokratiya.info savashorg-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi qəsəbənin sakini Əbülfəz Əliyev yaşadığı ərazidə yerləşən adı çəkilməyən məmurlardan birinin villasının qarşısından keçərkən, bağlı olmayan iki vəhşi it tərəfindən parçalanıb.

Həmin məlumatda daha sonra vurğulanır ki, iki gün xəstəxanada ağır vəziyyətdə müalicə alan zərərçəkmiş aldığı ağır yaralardan elə xəstəxanada ikən dünyasını dəyişib. Mərhumun qohumları və yerli sakinlər baş verən hadisədən olduqca qəzəbləniblər.

Əslində, bu, Azərbaycanda baş verən ilk hadisə deyil. Ümumilikdə isə məmurların it və ya hansısa heyvan saxlamasına dair məlumatlar hələ xeyli əvvələ gedib çıxır. Məsələn, bir neçə il bundan əvvəl nazirlərdən birinin timsah, digərinin delfin, hətta vəhşi pələnglər saxladığına dair bilgilər vardı. Sonradan bu qəbildən olan məlumatların arası kəsildi. Və bu da cəmiyyətin marağının azalması ilə bağlı idi.

Demokratiya.info xəbər verir ki, it saxlayan məmurların sayı heç də az deyil. Hələ bir müddət əvvəl məlumat vermişdik ki, Tovuzun icra başçısı Tofiq Zeynalov da it həvəskarıdır. Elə bu səbəbdəndir ki, onun Qovlar qəsəbəsindəki evini Qafqaz əsilli nəhəng itin qoruduğu da verilən məlumatlar sırasındaydı. Həmin bilgilərdə qeyd olunurdu ki, gündüzlər bağlı olan, amma gecələr zəncirdən buraxılan bui t qəsəbədə bir neçə nəfərə hücum çəkərək, onlara xəsarət də yetirib. İddialara görə, Zeynalov bu hadisədən sonra bir müddət saxladığı vəhşi iti bağlasa da, sonradan yenidən onun azad gəzməsinə şərait yaradıb.

Qarşı tərəfin də mövqeyini dərcə etməyə hazırıq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA