13-01-2014 [23:18]
Leyla Əliyeva BMT-nin Nayrobidəki mənzil-qərargahında olub. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olub.
Leyla Əliyevaya UNEP-in fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan bu proqramın məqsədi indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq və bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.
Sonra Leyla Əliyevanın BMT baş katibinin müavini, UNEP-in icraçı direktoru Axim Ştayner ilə görüşü olub.
IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü işlərdən xəbərdar olduğunu və bunu yüksək qiymətləndirdiyini deyən BMT rəsmisi bildirdi ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan tərəflər ilə sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner UNEP-in ekoloji sahədə bir çox irimiqyaslı layihələr həyata keçirdiyini dedi, bu məsələdə müxtəlif qrup insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti genişləndirməyin vacibliyini diqqətə çatdırıb.
Leyla Əliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə reallaşdırdığı layihələr barədə məlumat verdi. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ekoloji siyasətdən bəhs edən Leyla Əliyeva 2011-ci ildə başladılan IDEA kampaniyası çərçivəsində görülən işlərdən danışdı, müxtəlif ölkələrdən olan gənclərin bir araya gələrək ətraf mühitin qorunması ilə bağlı layihələr hazırladığını bildirdi. "Bu kampaniya ətraf mühitin müsbət və dayanıqlı inkişafını təmin etmək məqsədilə gənc nəsil üçün vacib olan dialoq, fəaliyyət, liderlik və məlumatlılıq prinsiplərinə əsaslanır", - deyən Leyla Əliyeva Azərbaycan hökuməti, IDEA və UNEP-in 2012-ci ilin noyabrında Bakıda keçirdiyi "Yaşıl həftə" tədbirinin əhəmiyyətini vurğuladı və BMT baş katibinin müavinini Bakıya səfərə dəvət edib.
Görüşdən sonra rəhbərlik etdiyi IDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi: "IDEA ətraf mühitin qorunması üzrə beynəlxalq təşəbbüsdür. Biz Qafqazın ən böyük təşkilatıyıq və gənclərlə işləyirik. İki il ərzində biz bir çox layihələrə imza atmışıq. Bunlardan biri Azərbaycanda üç milyon ağacın əkilməsi olub ki, bu da ölkəmizdə yaşayan üç milyon gənci ehtiva edir. Bizim digər beynəlxalq layihəmiz fotoqraf Reza Diqqəti ilə birlikdə təşkil etdiyimiz "Dünya uşaqların gözü ilə" layihəsi idi. Bu layihədə 98 ölkədən 1200 uşaq iştirak etdi. Məlumatlılığı artırmaq üçün əlbəttə ki, ən mühüm məsələ təhsildir. Artıq bizim təşkilat universitetlərdə ətraf mühitlə bağlı təlimlər aparmaqdadır. Ölkəmizdə məktəblər üçün ətraf mühit dərslikləri üzərində çalışırıq. Fikrimcə, dünya miqyasında məlumatlılığı artırmaq vacibdir. Gənclərlə işləməyin ən maraqlı tərəfi odur ki, onları bir az həvəsləndirdikdə çox fəallaşırlar və artıq özləri başqalarını həvəsləndirməyə can atırlar. Fikrimcə, indi daha çox gənc ətraf mühit layihələrində iştirak edir".
Leyla Əliyeva dünyada, o cümlədən Qafqazda nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı bir neçə layihənin həyata keçirildiyini, bu sahədə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi, Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu və digər təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi