HƏBS OLUNAN İCRA BAŞÇISININ MARALLARI AC, QAZLARI BAXIMSIZ QALIB: "Göz görə-görə batıb gedir heyvanlar...”... - Reportaj + FOTOLAR
05-05-2021 [13:43]
Şəmkir rayonunun bu günlərdə DTX tərəfindən həbs olunan icra hakimiyyəti başçısı (əlbətdə, indiki halda keçmiş başçısı) Alimpaşa Məmmədovun çoxşaxəli biznesi barədə faktlar artıq ictimaiyyətə məlumdur.
Rəsmi məlumatda da bildirildiyi kimi Alimpaşa Məmmədov korrupsiya yolu ilə əldə edilmiş vəsaitlər hesabına Şəmkirdə “Az Farel” balıqyetişdirmə təsərrüfatı qurub, “Şəmkir səbəti” ticarət mərkəzi açıb və digər gəlirli biznes sahələrində “oturub”. Əlbətdə, bütün bu işləri keçmiş başçının varisi, yəni oğlu idarə edirdi.
Alimpaşanın maralları
Daha sonra məlum olmuşdu ki, Alimpaşanın həm də maral təsərrüfatı varmış. Bu maral təsərrüfatı ona nə qazandırırmış, burası məlum deyil. Amma indi məlum olan budur ki, Alimpaşanın DTX təcridxanasına salınmasından sonra onun maralları ac-susuz, quru saman ümidinə qalıb.
Mia.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun müxbirinin hazırladığı reportajda deyilir.

"Qalıblar saman ümidinə..."
Kür qəsəbəsində yerləşən maral təsərrüfatının qapısı 10 günə yaxındır ki, bağlıdır. Maral fermasının yaxınlığında yaşayan Sabir Bağırov danışır ki, Alimpaşa Məmmədov icra hakimiyyətinin başçısı olanda onun maralları naz-nemətlə bəslənirdi, hər gün heyvanlara palıd qozası, xüsusi yen verilirdi. İndi isə marallar quru samana möhtac qalıblar.
“Amma indi baxan yoxdur. Daha doğrusu baxan var, amma yem gətirəni yoxdur. İcra hakimi getdi, ondan sonra gəlib-gedən, axtaran yoxdur. Göz görə-görə batıb gedir heyvanlar...”,-o, deyir.
Bəlli olub ki, Alimpaşanın həm də qaz femrası var, indi onun qazları da baxımsız qalıb.

Keçmiş icra hakimiyyəti başçısının Seyfəli kəndində yerləşən “Az Farel” MMC balıq yetişdirmə təsərrüfatında da işlər yaxşı deyil, üstəlik heç əvvəldən də yaxşı olmayıb. Kəndin sakini Gülnarə Mehdixanova deyir ki, Alimpaşa Məmmədovun ailəsinə məxsus balıq təsərrüfatı tikiləndən sonra kəndi içməli su ilə təchiz edən arxın suyu balıq dadı verir. “Məcburuq, həmin suyu evdə istifadə edirik, balıq dadı vesə də içirik...”,-qadın deyir.

Sakin: "Sudan balıq iyi gəlir..."
Bu sakinin dərdi təkcə suyun balıq dadı verməsi deyil, o bildirir ki, təsərrüfat yaradılanda ona məxsus 40 sot torpaq zəbt olunub. Nəticədə dolanışığı çox çətinləşib. “Bir qəpik də vermədilər, qaldım çarəsiz...”-o deyir. G.Mehdixanovadan başqa daha bir neçə sakin eyni aqibətlə üzləşib.
Rəsmi məlumata görə, “Az Farel” MMC-də 250 nəfər işlə təmin olunub, gələcəkdə işçilərin sayını min nəfərə çatdırmaq planlaşdırılır. Lakin sakinlər deyirlər ki, əslində təsərrüfatda çox az adam işləyir, üstəlik cüzi maaşa. Və işçilərin bir çoxu işdən çıxarılıb.
Əlifə Məmmədova adlı sakin deyir: “Uşaqlarımız orada işləyirdi, çıxdılar. Çünki çox az maaş verirlər, cəmi 250 manat. Gündə 12 saat işlədirlər, 250 manat verirlər. Bu pula neyləmək olar? O suyun içində səhərdən axşama qədər işləyib xəstələnirdilər, aldıqları pul heç dərmanlarına çatmırdı. Yoldaşım da orda işləyirdi, çıxardılar. Demişdilər çağıracağıq, çağırmadılar”.

"Az Farel" MMC
Alimpaşanın biznesinə aid olan “Şəmkir Səbəti”ində isə alver gedir, ticarətçilər danışmağa elə də həvəsli deyillər. Amma sakinlər danışırlar ki, bu ticarət mərkəzi onlara məxsus pay torpaqlarının zəbt olunması hesabına yaradılıb.
Rəsmi məlumatda deyilirdi ki, Alimpaşa Məmmədov Çinarlı bələdiyyəsi tərəfindən təsis edilən, mülkiyyətində 3 milyon manata yaxın əmlak olan “Çinarlı qəsəbə” MMC-nin bütün səhmlərini oğluna məxsus “Şəmkir Səbəti” MMC-yə cəmi 40 manata satıb.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi