Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-05-2021 [00:05]
Qoç - yaxınlarınızla münasibətlərdə qayğıkeş, həssas olun. Sərt və aqressiv davranmayın. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün əlverişli gündür. Gündəlik yaşamınızda önəmli dəyişikliklər baş verə bilər.
Mənəvi və emosional baxımdan yeniliklərə hazırlaşın. Qohumların qəfil, planlaşdırılmamış vizitləri ola bilər.
Qonaqlardan birinin bir qədər çox qalması istisna deyil.
Günün ikinci yarısında indiyədək bilmədiyiniz, agah olmadığınız bacarığınız aşkarlana bilər. Qısa səfərlər üçün əlverişli zamandır. Uzunmüddətli səyahətə çıxmayın.
Buğa - çətinliklərdən xali olmayan gündür. Fəqət, problemlərin heç biri sizi ciddi şəkildə narahat, nigaran və ya pərişan etməyəcək. Hansısa işlər gözlədiyiniz kimi getmir? Əndiləşənməyin. Situasiyanın planlarınıza uyğun vəziyyətə düşəcəyi anı gözləyin.
Nüfuzlu tanışlardan birindən yardım və dəstək ala bilərsiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə üz tutacaq. Ona kömək edin, dərdindən hali olun.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Əkizlər - qarışıq, mürəkkəb, tələskənlik və vurnuxmanın olduğu gündür. Neqativ emosiyalarınıza hakim olun, əhvalınızı pozmayın. Mövqelərinizdən geri çəkilməyin, hirs və qəzəbin əsirinə çevrilməyin. Sinirli gözlənti böyükdür. Belədə əhvalınızda problemlər yarana bilər.
Gərəksiz stresslərdən qorunun.
Günün ikinci yarısında adət etdiyiniz yaşam ritmini pozmayın, ənənələrə xilaf çıxmayın. Sizi birmənalı olmayan situasiyalar gözləyir. Belə problemlər məngənəsindən itkisiz çıxmaq istəyirsinizsə çevik, hiyləgər, fəndgir olun.
Xərçəng - çox nəsnələr ilk baxışdan görünəndən daha asan və sadədir. Dürüst qərarlar üzdə olduğundan çox baş sındırmağa dəyməz. Başqalarının təcrübəsindən yararlanmaqdan çəkinməyin. Bu minvalla səhvlərə yol vermək riskini azaldarsınız. Yaranan problemlər ciddi deyil və çətinliklərin öhdəsindən gələcəksiniz.
Yaxşı sonuc əldə etməyi düşünmədiyiniz işlə bağlı günün ikinci yarısında irəliləyiş ola bilər. Şərait uğurludur, əhəmiyyətli gəlir şansı var. Uzaqdan xoş xəbər ala bilərsiniz.
Qohumlardan birinin qəfil gəlişi istisna deyil.
Şir - imkanlarınızı dürüst dəyərləndirsəniz, naqolay vəziyyətə düşməyəcəksiniz. İlk əvvəl intuisiyanıza və hisslərinizə, yalnız bundan sonra yaxın ətrafınızdakı insanların dediklərinə güvənin. Kənardan absurd görünən addımlar atmaqdan çəkinməyin. Çünki yalnız sizi nəyi və niyə etdiyinizi bilirsiniz.
Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz. Alış-veriş üçün münasib zamandır.
Qız - düşünülməmiş qərarlar verməyin, tələsik iş görməyin. Yaxın ətrafınızdakı insanlar sizinlə razılaşmayacaqlar. Onlar fikirlərinizin məcrasını və niyyətlərinizi anlamırlar. Nə istədiyinizi anladın. Dəstə və ya yardım almaq şansları var. Sevdiyiniz insanları iradlar və tələblərlə yormayın. Bir qədər güzəştə gedin.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, təhsil səviyyəsinin yüksəldilməsi üçün əlverişlidir. Səfər və ya səyahət sizi yormayacaq. Sükan arxasında çox vaxt keçirməyin.
Tərəzi - ailəvi işlərin və evlə bağlı problemlərin həlli üçün əlverişli zamandır. Yaşam arealınızı qaydaya salın. Mebel, məişət texnikası, interyer predmetləri almaq olar. Qonaqlar gələcək. Səxavətli və qonaqpərvər ev sahibi olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizin yanınızda özlərini rahat hiss edəcəklər. Çətin vəziyyətə düşən insana yardım edin, ona dəstək olun. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Uzaq gələcək və perspektivlə bağlı qərarlar qəbul etmək olar.
Əqrəb - intuisiyanız güclü olmalıdır. Çünki məhz onun sayəsində qeyri-adiliyi ilə ətrafdakı insanları heyrətləndirəcək qərarlar qəbul edə bilərsiniz. Astagəl və süst olmayın, çevik davranın. İstənilən formatdakı mühüm məsələlərin təhlili, müzakirəsi üçün yaxşı gündür. Mövqelərinizi sakit, arqumentləşdirilmiş şəkildə müdafiə edin. Qarşı tərəf sizinlə razılaşacaq.
Günün ikinci yarısı qeyri-adi, alışmadığınız işlər üçün münasibdir. Yeni situasiyadan sürətlə baş çıxarın, nələrin yaşandığını anlayın.
Adi durumda sürətlə yorulmamaq üçün ətalətə qapılmayın.
Oxatan - orijinal, müstəqil, aktiv olun. Başqasının getdiyi yolla irəliləməyin. Bələd olmadığınız insanın məsləhətlərinə kor-koranə qulaq asmayın. Yolun hara apardığı barədə düşünün. Hələlik qorxulu heç nə yoxdur. Amma bir qədər sonra öz hədəfinizə yox, başqasının məqsədinə yaxınlaşdığınızı anlayacaqsınız. Bu isə heç xoş hiss deyil.
Günün ikinci yarısı aktiv istirahət, gəzinti və fəallıq üçün yaxşıdır. Aktivlik səhhətinizlə yanaşı, əhvalınıza da müsbət təsir edəcək.
Oğlaq - yaranan problemlərinizi çözməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da yardım edin. Yetərincə gərgin, ağır gündür. Yorula bilərsiniz. Aktiv çalışın, bir qədər istirahət etməyi də unutmayın. Fiziki işdə fayda var.
Üzgüçülüklə məşğul olmaq istəyirsinizsə, niyyətinizi gerçəkləşdirin.
Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi aşağı düşəcək. Orijinal ideyaların qıtlığı hiss olunmayacaq. Formalaşan çətinliklərin həllində sınanmış metodlar və ənənəvi vasitələrdən yararlanın. Yeni tanışlıqlar ehtimalı azdır.
Dolça - çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, məqsədə nail olmaq şansları var. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar arxanızca getməyə hazırdır. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlar sözlərinizi qulaqardına vurmurlar. Onlar məsləhətlərinizi dinləməyə hazırdırlar. Situasiyadan istifadə edərək peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi möhkəmləndirə bilərsiniz.
Günün ikinci yarısında ailə üzvlərindən birinin qarşılaşdığı problemin həllində yardımçı olun. Yaxınlarınıza təzyiq göstərməyin. Çətin situasiyalarda yumor hissi dadınıza çatacaq.
Balıqlar - özünüz də bilmədən və istəmədən maraqlı, həyəcanlı hadisələrin burulğanına düşəcəksiniz. Situasiya elə sürətlə dəyişir ki, yaşananları təhlil etməyə və düşünüb bitkin qərar verməyə vaxt qalmır. Buna görə də intuisiyanıza güvənin.
Güman və hissləriniz sizi aldatmayacaq.
Günün ikinci yarısı şəraitin dəyişdirilməsi, köç üçün əlverişlidir. İş yerini dəyişmək barədə də düşünmək olar. Daşınmaz əmlakla bağlı sərfəli anlaşmaya nail ola bilərsiniz. Çətin anlarda sizi ondan əsla belə addım gözləmədiyiniz insan dəstəkləyəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi