UNEC-in bu məzunlarının diplomları verilmir - Valideynlər şikayət edir, TN sözçüsü "universitetdən soruşun" deyir; UNEC-dən isə "veriləcək" deyilir
03-05-2021 [22:03]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialından adıçəkilən universitetə 4 il əvvəl köçürülən tələbələrin diplomları verilmir.
Bu barədə Mia.az-a həmin tələbələrdən bir neçəsinin valideyni məlumat verib.
Onlar bildirib ki, övladları ötən il UNEC-dən məzun olsalar da, bu günədək diplomarı verilməyib.
Valideynlərin iddiasına görə, UNEC-dən qeyri-rəsmi deyilir ki, problem Təhsil Nazirliyi tərəfindən yaradılıb: “Guya uşaqların o vaxt filialdan universitetin əsas bazasına köçürülməsi düzgün həyata keçirilməyib. Axı, bu, necə ola bilər ki?!
Bu uşaqların adları 4 il UNEC-in jurnallarında gedib, dövlət imtahanlarına buraxılıb, yəni hər şey qaydalara uyğun 4 il davam edib. Necə olur ki, bu illərdə nazirlik bu nöqsanı görməyib?”.
Valideynlər xatırladır ki, 2016-ci ilin noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub. Həttta videokonfrans formatında keçirilən həmin açılışda rektor Ədalət Muradovla yanaşı, o zamankı Təhsil naziri (hazırda Vergilər naziri) Mikayıl Cabbarov şəxsən iştirak edib:
“Həmin tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov hər iki ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan – Rusiya münasibətlərinin hərtərəfli inkişafına zəmin yaratdığını bildirib.İqtisadi Universiteti barədə ətraflı məlumat verən Ə.Muradov UNEC-in Dərbənd filialı haqqında danışaraq qeyd edib ki, burada maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla, dörd ixtisas üzrə tədris aparılır: "Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Pedaqoji heyət əsasən Rusiya Federasiyasının vətəndaşlarından ibarətdir. Bundan başqa, filialda UNEC-in aparıcı professor və müəllimləri mühazirələr oxuyur. Ümumilikdə, filialın pedaqoji heyətinin əmək haqqı Dağıstan Respublikasının uyğun orta göstəricisindən iki dəfə çoxdur. UNEC-in Dərbənd filialına qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır".
Rektor açılışda onu da vurğulayıb ki, 2016/17-ci tədris ilində filiala 69 nəfər qəbul olunub. Əyani şöbəyə daxil olan Rusiya vətəndaşları ödənişsiz təhsil almaqla yanaşı, onlara UNEC-in büdcəsindən təqaüd də ödənilir. Təqaüdün məbləği Bakıda təhsil alan UNEC tələbəsinin təqaüdünə bərabərdir.
Ə.Muradov xüsusi vurğulayıb ki, Dərbənd filialının tələbələri UNEC-in təqdim etdiyi bütün üstünlüklərə malikdirlər.
Bütün bunlar o dövrün mətbuatında, həmçinin google axtarış sistemindən tapıb xuya bilərsiniz.
Onu da deyək ki, həmin açılışda Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva UNEC-in Dərbənd fialialının açılmasını əlamətdar hadisə kimi qiymətləndirib.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov isə UNEC-in Dərbənd filialının açılışı münasibəti ilə öz təbriklərini çatdırıb. Filialın fəaliyyətə başlamasında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin, o cümlədən hər iki ölkə səfirliyinin xüsusi dəstəyini vurğulayıb: “Bu filialın açılması münasibətlərimizin inkişafının göstəricisidir. Xüsusi olaraq bildirmək istəyirəm ki, UNEC-in Dərbənd filialı Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir”.
Gördüyünüz kimi, həm rektor, həm iki ölkənin nazirləri bu filial haqda o qədər ağızdolusu danışıblar ki, bu da bizim övladları zamanında həvəsləndirib. Axı hardan bilmək olardı ki, dövlət universitetində uşaqlar sonda belə bir problemlə üzləşə bilərlər?
O vaxtdan yenə də bu universitetə Ədalət muradov rəhbərlik edir, yəni dəyişən rəhbərlik də yoxdur ki, bəhanə tapılsın. Düzdür, Mikayıl Cabarov başqa sahəyə getdi, ondan sonra təhsil naziri olan indiki Xarici işlər naziri Ceyhun Bayramov da filialdan köçürülən tələbələrlə bağlı irad bildirməyib. Elə isə indiki nazir Emin Əmrullayev niyə diplomarın verilməsinə problem yaratmalıdır ki? Bu, kiminlə rəqabətin və ya daxili çəkişmədən qaynaqlanır? Niyə bizim uşaqlar diplomsuzluğa görə təxminən son bir ilini də itirməlidir?”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq.
O, Mia.az-a açıqlamasında problemlə bağlı şərh verməsə də, deyib ki, məsələ ilə bağlı UNEC-lə danışmaq lazımdır: “Siz yaxşı ollar ki, UNEC-lə əlaqə saxlayasınız”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnarə Məmmədova isə Mia.az-a açıqlamasında deyib ki, filialdan vaxtı ilə köçürülən tələbələrin diplomarı veriləcək: “Diplomların verilməsi ilə bağlı proses tamamlanmaq üzrədir, qısa zamanda veriləcək”.
Xatırladaq ki. UNEC-in Dərbənd filialının ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Bütün zəruri infrastruktura malik filialın mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Filialın akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə sistemi quraşdırılıb.
Filalın hazırda direktor:Kurbanov Kurban Seidoviçdir (Mənbə: http://unec.edu.az/education/darband-branch/)
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi