"Aksiyanın təşkilatçıları və iştirakçıları UNEC tələbələri deyil" - Mətbuat katibi
03-05-2021 [17:26]
Bu gün bir neçə gəncin keçirdiyi etiraz aksiyasında Azərbaycan İqtisad Universitetinin (UNEC) adı hallanıb.
UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirib ki, aksiyanın təşkilatçıları və aksiya keçirənlər heç biri UNEC tələbəsi deyil:
“Aksiyanın təşkilatçılarının UNEC-lə heç bir əlaqəsi yoxdur və universitetin tələbələri deyillər. Süni ajiotaj yaratmaq məqsədilə 4 nəfərin iştirakı ilə təşkil olunan aksiyadır və heç bir əsası yoxdur. UNEC-in Elmi Şurasının qərarı ilə IV modul imtahanlarında peşə kompetensiyaları tələb edən fənlərin sualları məxfi saxlanılacaq, qeyri-ixtisas fənlərinin test sualları isə veriləcək. İmtahan sualları sillabusda qeyd olunan mövzular üzrə tərtib olunacaq.
İmtahanda sillabusdan kənar sual olarsa, bu zaman apellyasiya qərarı tələbənin xeyrinə həll ediləcək. Hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında “Power Point”də hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri, eləcə də 800-dən çox asinxron videodərs və digər tədris materialları şəxsi kabinetlərinə yerləşdirilib və tələbələr üçün əlçatandır. Elektron kitabxananın işi təşkil edilib. Qərarla bağlı IV modulun əvvəlində tələbələrin şəxsi kabinetlərinə məlumat göndərilib”.
E.Məmmədova qeyd edib ki, UNEC-in Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil Haqqında” Qanununa, digər qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun olaraq hazırlanmış tələbələrin universitetdaxili intizam qaydaları mövcuddur: “Həmçinin müvafiq struktur rəhbərlərinin, eləcə də tələbələrin təmsil olunduğu İntizam Komissiyası fəaliyyət göstərir. Universitetdaxili intizam qaydalarının pozulma hallarına həmin komissiyada baxılır. IV modulda İntizam Komissiyası tərəfindən universitetdaxili intizam qaydalarının pozulmasına görə heç bir tələbəyə intizam tənbehi tətbiq edilməyib və töhmət verilməyib.
İxtisas fənlərinin imtahan suallarının məxfi saxlanılması tələbələrin öz ixtisaslarını daha dərindən mənimsəmələrinə xidmət edir və təqaüdlə heç bir əlaqəsi yoxdur. Tələbələrin təqaüdləri imtahan nəticələrinə görə müəyyən olunur. İmtahanlar yekunlaşdıqdan sonra elektron sistem vasitəsilə tələbələrin təqaüd siyahısı müəyyən olunur. Təqaüd alan tələbələrin sayında heç bir dəyişiklik olmur. Təqaüdlər isə dövlət büdcəsindən ödənilir.
Bəzi sosial şəbəkələrdə tələbələrin töhmət alması, onlardan üzr istənilməsi, eləcə də təqaüd sayının azaldılması, “maddi talançılıq”la bağlı iddialar səsləndirilir. Həmin iddiaların heç bir əsası yoxdur”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi