Zakir Həsənov Fransaya getdi

img

13-01-2014 [12:00]


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 13-də Fransa Respublikasına rəsmi səfərə yola düşüb.

Z. Həsənovun Fransanın Müdafiə naziri Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşləri, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır.

Səfər zamanı Azərbaycan və Fransanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq Anlaşmasının imzalanması nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA