Əli İnsanov təcridxanaya köçürülüb

img

13-01-2014 [12:20]


Keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Vəkil Toğrul Babayev "Media forum” saytına bildirib ki, köçürülmə yanvarın 11-də həyata keçirilib.

Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvarın 17-də Əli İnsanovun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş iki işinə baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA