Cəbrayıl və 20 Yanvar həqiqətləri

img

12-01-2014 [22:49]


Moskvadan gələn generallar və Hadrut sərhəd dəstəsin qərərgah rəisi Panteleyevlə görüsə hazir getmək ücun rayon agsaqqallari, kənd təsərrufati mutəxəssislər, hərəkata reğbeti olan olan ,adlarinin aciqlanmasini istəməyən bir necə nəfərlə görüsduk. Basqa RS-dən fərqli olaraq biz hec bir qərari özbasina qəbul etmirdik.Cəbrayil isgal olunana qədər hemisə belə olub.Ümumi qərar belə oldu ki, sərhəd zolağindaki torpaqlarin istifadəsi rayonun kend təsərüfatina xeyri olacaq,ancaq calismaq lazimdir ki, bu ruslar özü heyata kecırsin, hec bir halda yerli əhalinin istirakina yol vermək olmaz. Onsuz da Moskva bəhanə gəzir, həm də ehtiyatli olmaq lazimdir,cunki İranla sərhəd kəndlərində KQB-nin guclu agentura səbəkəsi var və təxribat ücün onlardan istifadə edə bilərlər. Ona görə dirəklərin sokulməsini elə etmək lazimdir ki,özləri həyata kecirsin. Eyni zamanda bu is Qumlaq kəndindən baslansin, cunki məshur Xudafərin körpuləri bu ərazidə yerləsırdi ki, bunun da rəmzı mənasi var idi. Həm də Milli Azadliq hərəkatinin tarixinə Qizil herflərlə yazilmis məshur Xudafərin mitinqleri bu kənddə körpulərin yaninda kecirilmisdi. 1988-in noyabr ayinin 20-dən baslayan mitinqlərin Azərbaycan həqiqətlərinin cənublu qardaslarimiz vasitəsi ilə butün dunyaya çatdirilmisdi. Həmin mitinqlerdə yazici, rəhmətlik F. Kərimzadə və sair Rustəm Behrudi istirak edərək cebrayıllılarin mubarizə əzmini yüksək qiymətləndirmislər. Gorusədə istirak edən Panteleyevlə o vaxtdan tanis idik. Sonralar 1993-cu il avqust ayinin 23-u saat 18-də Cəbrayila hücüm zamani " Qartaldan" bizə köməyə gələn Baki pölisinə binokulla Panteleyevi göştərərək dedim: -Diqqətlə baxin və yadda saxlayin , üstumüzə gələn erməni deyil. Bu da onlarin komandiri Bakı pölisi də pöstu qöyub , bir güllə atmadan qacdi, basda məshur Yasamal pölisi mitin Çingiz olmaqla. İcində qeyrətli oğlanlar da var idi, yəqın onlar məni bağislayar. Mətləbdən bir qədər kənara cixdigim ücun bağislayin. Deməli, həm də qərara gəldik ki, yanvarin 18 də mitinq də kecirib əhalini məlumatlandiraq. Ayin 17 -də görüs bas tutdu.Görus RİK-nin sədri rəhmətlik A.Fərzəliyevin kabinetində kecirildi.( allah rəhmət etsin, el adami idi) Görüsdə AXC RŞ-nin sədri kimi mən, məclisin sədri Eldar Əliyev və idare heyətinin üzvü Oktay Vəliyev( Osman müəllimin öğlu) iştirak edirdi. Generallar bizim məqsədimizi sorusdu. Məqsədimizi aciq dedik. Birdən generallardan biri gözləmədiyimiz halda dedi: .Gəlin gərginlikden qacaq. Qoyun bu islə Panteleyev məsgul olsun,sızdən de bir nəfər nəzarət etsin. Doğrusu ,qulaqlarimiza inanmadiq.Hücuma kecmək lazim idi. Eldar dedi: - Bura gələrkən yəqin binanin qabağindaki insanlari gördunuz. Sabah biz saat 13 də mitinq kecirəcəyik. Əgər dediyiniz sərtler pözulsa, Cəbrayil ərazindəki bütün sərhəd mənəqələrinə dinc yurus kecirəcəyik. Razilasdiq ki, bizdən bu isə Oktay nəzarət edəcək. Mitinq basladi. Sərhəddən gələn xəbərləri həyəcanla izləyirdik. Xəbər gəldi ki, Qumlaqda Əli adli birisi bir dəstə adami basina töplayaraq sərhədə hucum edib arani qarisdirmaq istəyib. Dərhal Oktaygil qarsisini aliblar. Sərhədcilər hər isi özləri görub,hətta suvenir kimi tikanli məftil də Oktaya vermisdilər. Oktaya dedik ki, Panteleyevi də göturub mitinqə çatsin. Öz adamlarimiza da tapsiriq vermisdik ki, sərhəddəki prosesləri fotoya alsinlar. Bizə lazim olacaq. Dogurdan da, bu fotolar biz həbs olunanda lazim oldu. Oktayğili mitinq istirakcilari göz yaslari və alqislarla qarsiladi. Mitinqdən sonra Oktay Dösulu Əlınin kababxanasinda Panteleyevə göstərdiyi" xidmətə" görə qonaqliq verməyə getdi. Qonaqliqdan sonra ayaq üstə dura bilməyən Panteleyevi XC-nin qərərgahina gətirdi və dedi: - Usaqlar, buoda bəzi məlumatlar var. Bu məlumatlar desantcilarin kömandirinin dediyi ilə üst-üstə düsür. Onu yenidən danisdirdiq. Məlum oldu ki, doğurdan da Möskva məkrli plan hazirlayib. Yaxin günlərdə,ya Bakida, ya da basqa bir yerdə qirgin planlasdirir. Generallarin arxayin danismaği aydin oldu. Yaxsi ki biz də səhv etməmisdik. Ayrilanda Pantaleyev: - Biz hələ görüsəcəyik-deyə rusça bizə dedi. Ləngimək ölmazdi. Rəis Məmmədov Rəsidi məlumatlandirib, sonra XC-nin mərkəzi qərərgahina gözlenilən təhlukə haqda məlumat verdik. Qirğina bir gün qalirdi. Yanvarin 19 -u gecəsi nə olacaqdi bunu isə bir allah bilirdi. ( Ardi var)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA