Nazir Rusiya və öldürülən general haqda dediyi sözlərə görə üzr istədi - Xamenei isə xəbərdarlıq etdi
02-05-2021 [23:24]
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iranlı iqtisadçı Səid Lilyazla söhbəti zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani ilə bağlı dediklərinə görə üzr istəyib.
Bu barədə “Mehr” xəbər agentliyi xəbər yayıb.
İranın Ali lideri Ayətullah Əli Xamenei də "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasim Süleymani ilə bağlı yayımlanan son səs yazısına münasibət bildirib.
Mövzuya üstüörtülü toxunan Ayətullah Xamenei deyib ki, bəzi sözlər ABŞ-ın iddialarının təkrarıdır: "Məsələn, amerikalılar çoxdandır İranın nüfuzundan xeyli narahatdırlar. Şəhid Süleymanidən buna görə şikayətlənirdilər. Bu səbəbdən də onu öldürdülər. Qüds briqadası və Süleymani haqda danışarkən diqqətli olsunlar. Qüds briqadası Qərbi Asiyada diplomatiyamızın aktivliyinə öz töhfəsini vermişdir".
Qüds briqadasının keçmiş komandiri Süleymaniyə qarşı terror edilməsinə toxunaraq Ayətullah Xamenei bildirib ki, onu qətlə yetirəcəkləri ilə bağlı təhdid etmişdilər: “O da dostlarına demişdi ki, məni dağlarda-düzlərdə axtardığım şeylə hədələyirlər. Belə fədakar insanlarımız var”.
Qeyd edək ki, bu ilin mart ayında Zərif Lilyazla söhbətində bir il əvvəl İraqda ABŞ-ın hava hücumu nəticəsində həlak olan general Süleymaninin Tehranın xarici siyasətində rəsmi Moskva ilə danışıqlarda mühüm rol oynadığını demişdi/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi