“Biznes jurnalistika” layihəsinin 2-ci mərhələsi başlayıb

img

11-01-2014 [21:14]


Bu gün British Council və PAŞA Bank, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə "Biznes jurnalistika” layihəsinin 2-ci mərhələsi başlayıb. 

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir. Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrindən 12 nəfər jurnalistin iştirak etdiyi təlim yanvarın 15-də qədər davam edəcəkdir. Təlimlər Thomson Foundation təşkilatının məsləhətçisi, rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssis Den Meyson tərəfindən aparılır. Məlumat üçün bildirək ki, "Biznes jurnalistika” layihəsi çərçivəsində keçiriləcək təlimlər 3 mərhələdən ibarətdir. Təlimin birinci mərhələsi 11-15 noyabr 2013-ci il tarixlərində keçirilib. Bundan sonra isə kurs iştirakçılar British Council tərəfindən təşkil edilən 5 həftəlik ingilis dili kurslarında iştirak ediblər. İndi isə "Biznes jurnalistika” layihəsi çərçivəsində təlimlərin 2-ci mərhələsi başlayıb. Həmçinin bu təlimdən sonra British Council tərəfindən jurnalistlər üçün 11 həftəlik ingilis dili kursları təşkil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA