İpoteka zamanı vergi yükü necə olacaq? - Qanun dəyişir
30-04-2021 [15:08]
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda iki məsələyə - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məsələlərə baxılıb.
İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdə olan hər iki qanun layihəsinin barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “AccessBank” QSC, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC və Vergilər Nazirliyi arasında olan məhkəmə prosesi nəticəsində Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək “AR Mülki və Vergi Məcəlləsinin, “İpoteka haqqında” və “İcra haqqında” AR Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsini xahiş edib.
Konstitusiya Məhkəməsi Plenumunun Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 23 iyul 2020-ci il tarixli Qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisinə tövsiyə edilib.
Qeyd olunanlar nəzərə alınmaqla, Milli Məclisi tərəfindən “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb.
Təklif olunan dəyişikliyə görə, hərrac təşkilatçısı ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 gün müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur.
Verilmiş kreditin təminatı kimi bankın və digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır.
Eyni zamanda adıçəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarının qanunvericilikdə nəzərdə tutulmaması qeyd edilib.
İclasın gündəliyində duran ikinci məsələnin uyğunlaşdırma xarakteri daşıdığını bildirən komitə sədri Vergi Məcəlləsində edilən dəyişikliklərə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Dəyişikliyə görə, layihə aşağıdakıları nəzərdə tutur:
- təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasının ipoteka saxlayan və hərrac təşkilatçısı arasında imzalanmış protokolla rəsmiləşdirilməsi;
- daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısına “təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol”un daxil edilməsi. Bununla da bu əsasla hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı həyata keçirilə biləcək.
Deputatlar qanun layihələrini ətraflı müzakirə ediblər, nəzərdə tutulan dəyişikliklərə ümumilikdə müsbət münasibət bildiriblər, hər iki qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi