10-01-2014 [12:15]
Xəbər verdiyimiz kimi Milli Məclisə smartfon və android tipli telefonlarla girişin qadağan olunması barədə rəhbərlik tərəfindən qərar qəbul olunub. Qərarda qeyd olunur ki, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslərin bi tipli mobil telefonları əlindən alınacaq.
"Qafqazinfo” bir neçə millət vəkilindən qəbul edilmiş bu qərarı necə qarşıladıqları barədə münasibət öyrənib.
Asim Mollazadəbu qərarın qəribə olduğunu deyib: "Milli Məclisin qapalı iclaslarında hardasa bunu tətbiq etmək olar. Amma ümumi iclaslarda bunu tətbiq etməyə ehtiyac yoxdur. Milli Məclisin fəaliyyəti ictimaiyyət üçün şəffaf olmalıdır. İctimaiyyət məclisin fəaliyyətindən daha çox məlumat almalıdır. Sual yarana bilər ki, hansı gizli işlərlə məşğul olunub ki, bu qərar verilməsinə ehtiyac olub Mən çox ölkələrin parlamentində olmuşam. Heç bir ölkənin parlamentində belə bir qadağa yoxdur”
Millət vəkiliFəzail İbrahimliqeyd edib ki, o tipli telefonu olmadığından bu onun üçün xüsusi önəm daşımır: "Mənim adi telefonum var. Milli Məclis rəhbərliyi bu qərarı verib. Bu Məclisin təhlükəsizliyi baxımından verilmiş qərardır. Bunu müsbət qarşılamaq lazımdır. Milli Məclisə daxil olmazdan qabaq telefonu maşında qoy. Sonra çıxandan sonra götür”
Vahid Əhmədovda bu qərarda qeyri-adi hal görmədiyini bildirib: "Rəhbərlik belə bir qərar qəbul etməyə ehtiyac duyub. Biz dünyada gedən siyasi prosesləri diqqətlə izləyirik. Qafqaz xüsusilə çox çətin bir regiondur. Mən 1990-1995-ci illərdə Mili Məclisin üzvü olmuşam. Onda heç belə telefonlar yox idi. Biz normal işləyirdik. Ötən il Türkiyədə, Rusiyada da belə qərarlar qəbul olunub. Bizim 22 illik müstəqilliyimiz var. Çalışmalıyıq ki, o müstəqillik əbədi olsun. Milli Məclis işlək bir qurumdur. Qanun qəbul edən bir orqandır. Heç burada telefonla danışmağa da ehtiyac yoxdur. Qanunlarla məşğul olmaq lazımdır”.
Millət vəkiliSabir Rüstəmxanlıisə belə bir qərardan xəbərsiz olduğunu vurğulayıb: "Bu məsələyə, yəqin ki, fevralın 1-də baxılacaq. Hər halda qərarın mahiyyətini bilmək lazımdır. Ola bilər ki, Məclis rəhbərliyi ilə Mətbuat Xidmətinin rəhbərliyinin fikirləri bir qədər üst- üstə düşməyib. Anlaşılmazlıq ola bilər. Bunu müzakirə etmək lazımdır”
Rasim Musabəyovqərarı mənfi qarşılaşdığını qeyd edib: "Bu qərar dəqiqləşdirilməlidir. Bu qərar millət vəkillərinə şamil olunmamalıdır. Jurnalistlərə, qonaqlara şamil oluna bilər. Mən dünyada belə bir halın olduğunu eşitməmişəm”.
İqbal Ağazadəbildirib ki, bu qərarın təhlükəsizlik məqsədilə verildiyini deyirlər: "Amma hansı təhlükəsizlikdən söhbət gedir anlaya bilmirəm. Məclisin yaz sessiyasında bu məsələ, yəqin ki, müzakirə ediləcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi